Balaxanı Əməliyyat Şirkətinin əməkdaşları “Layihələrin idarə edilməsi” təlimində iştirak ediblər
Bakı, 9 yanvar, AZƏRTAC
“Hermes Academy” təşkilatı tərəfindən “Layihələrin idarə edilməsi” (“Project Management”) mövzusunda təlim təşkil olunub. Balaxanı Əməliyyat Şirkətinin əməkdaşları təlimdə iştirak ediblər.
Təlimdə təyin edilmiş hədəflərə çatmaq üçün yerinə yetirilməli olan bir sıra strukturlaşdırılmış tapşırıqlar, fəaliyyətlər və strategiyalar haqqında danışılıb. Bildirilib ki, layihələrin idarə edilməsi təlimi hər bir aspekti son məqsədə çatmazdan əvvəl hansı mərhələlərdən keçməli olduğunu daha asan şəkildə görməyə imkan verir. Bu, menecerlərə layihələrinin hər mərhələsini daha doğru şəkildə həyata keçirməyə kömək edir.