Bank kartlarına müdaxilə edən şübhəli şəxs saxlanılıb
Bakı, 3 fevral, AZƏRTAC
Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları almaq məqsədilə kütləvi talama əməllərində şübhəli bilinən 1990-cı il təvəllüdlü Yusif Məhərrəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, o, elan saytlarında satışa qoyulan mobil telefonları satan şəxslərlə əlaqə yaradaraq, onların bank kartlarının 16 rəqəmini əldə edərək, SMS vasitəsilə təsdiqləyici kodu alaraq kartda olan vəsaitləri talayıb. Ayrı-ayrı şəxslərə məxsus 30-dan artıq bank kartına müdaxilə edən şübhəli şəxs əsasən 070 432-90-90, 070 564-58-58 nömrələrindən istifadə edib.
Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa polisə müraciət etmələri tövsiyə olunub.
Araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:56]
“Texniki tənzimləmə haqqında” Qanuna yeni maddə əlavə edilir
- 13.10.2026 [12:53]
Hava gəmisi heyətinin uçuş vaxtı, iş vaxtı və istirahət vaxtı tənzimlənəcək
- 13.10.2026 [12:44]