İQTİSADİYYAT
“BANK RESPUBLİKA” AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKININ NÖVBƏTI KREDİTİNİ TAM İSTİFADƏ ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Bank Respublika” Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 2 milyon ABŞ dolları məbləğində növbəti kreditini tamamilə istifadə etmişdir. Bu kreditin alınması haqqında saziş cari il mayın 20-də Londonda imzalanmışdı. Bank bu vəsaiti kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlərə kreditə vermişdir.
“Bank Respublika” AYİB ilə 2004-cü ildən əməkdaşlıq edir. İmzalanmış sazişlər nəticəsində AYİB “Bank Respublika”ya, ümumilikdə, 12,7 milyon dollar kredit vermişdir. Bunun 5 milyon dolları kiçik və orta biznesin kreditləşməsinə, 2,2 milyonu mikrokreditlərin verilməsinə, 5,5 milyonu isə ticarətin maliyyələşdirilməsinə yönəldilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:23]
Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar
- 07.05.2024 [14:28]
Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb
- 07.05.2024 [13:27]
Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir
- 07.05.2024 [13:19]
AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb
- 07.05.2024 [12:45]