“BANK RESPUBLİKA” ƏMANƏT ÜZRƏ FAİZ DƏRƏCƏLƏRİNİ İLLİK 15 FAİZƏDƏK ARTIRMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Bank Respublika” “Əmanət Şərtlərinin Sərbəst Seçimi” məhsulu üzrə faiz dərəcələrini artırmışdır. Yeni şərtlərə əsasən, manat və ABŞ dollarında olan əmanətlər üzrə maksimal faiz dərəcəsi illik 15 faiz təşkil edir və əmanətin məbləği ən azı 2 min AZN / USD, müddəti 36 ay, faizlərin ödənişi müddətin sonunda götürülməsi şərtləri ilə tətbiq olunur.
Bank əmanətin məbləğinə dair heç bir məhdudiyyət qoymur və əmanətçilərə şərtləri seçmək imkanı verir. “Bank Respublika”nın əmanətçiləri əmanətin məbləği və müddətindən asılı olaraq, 45 günədək faizsiz kredit xətti ilə MasterCard və VISA kartlarını ala, “Home Banking” xidmətindən istifadə edə, bankın hesabına səyahət və tibbi sığorta və güzəştli şərtlərlə kredit götürə bilərlər.
Yeni şərtlərə əsasən, bankın əmanətçiləri əmanətin məbləği və müddətindən asılı olaraq, “MobilBank” xidmətinə pulsuz qoşulmaq və bank seyfindən pulsuz istifadə etmək hüququ qazanırlar.
Bankın bütün əmanətçiləri uduş kampaniyasında iştirak edirlər. Uduş kampaniyası çərçivəsində hər ay qurumun 2 əmanətçisi hər biri 1000 ABŞ dolları məbləğində 2 pul mükafatı, daha 5 əmanətçi isə kampaniyanın əlavə mükafatlarını qazanırlar. Əlavə mükafat qazanan əmanətçilər öz istəklərinə əsasən 300 manat məbləğində mobil telefon, DVD pleyer, rəqəmli fotoaparat, qol saatı və ya iPod musiqi pleyeri seçə bilər.
Uduş kampaniyasında ən azı 6 ay müddətində və 1000 AZN / USD / EUR məbləğində olan əmanətlər iştirak edə bilər. Əmanətin hər 1000 AZN / USD / EUR məbləği hər ay 1 şansa bərabərdir. Qaydalara əsasən bankın əməkdaşlarının və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]