“BANK RESPUBLİKA” VƏ “SUBARU” AZƏRBAYCAN ŞİRKƏTİ BİRGƏ PLASTİK KART BURAXMIŞLAR
“AZƏRTAC xəbər verir ki, “Bank Respublika” və “Subaru” Azərbaycan şirkəti birgə SubaruCard bonuslu ko-brend plastik kartını buraxmışlar.
SubaruCard plastik kartı VISA Classic kartı əsasında buraxılmış və sahibinə 200-dək ölkədə onun imkan və üstünlüklərindən istifadə etməsinə imkan yaradır.
Kart sahibi “Bank Respublika”nın və Azərikard şəbəkəsinə daxil olan digər bankların ATM və məntəqələrində SubaruCard ilə xərclənmiş hər 200 manat və ya 250 dollara (kartın valyutasından asılı olaraq) görə 1 bonus, Azərikard şəbəkəsinə daxil olmayan bankların ATM və məntəqələrində, eləcə də xaricdə, SubaruCard ilə xərclənmiş hər 100 manat və ya 125 dollara görə 1 bonus qazanır.
SubaruCard sahibi “Subaru” Avtomobil Mərkəzində və ya servis mərkəzində ehtiyat hissələrinin və aksessuarların, eləcə də servis xidmətlərinin ödənişi zamanı kart hesabında yığılmış bonuslardan istifadə edə bilər. Bonusların istifadəsi “1 bonus = 1 manat” qaydası ilə həyata keçirilir.
SubaruCard plastik kartı - “Subaru” Avtomobil Mərkəzindən alınmış “Subaru” avtomobilinin sahibinə və ya etibarnamə ilə onu sürən şəxsə pulsuz verilir.
SubaruCard ilə 45 günədək faizsiz kredit xətti də açıla bilər. Kredit xətti iş yerindən arayış əsasında, həmçinin “Bank Respublika”nın əmanətçiləri, biznes krediti və avtomobil krediti üzrə müştərilər üçün də açılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]