Banka saxta dollar verən şəxs tutulub
Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 18-də saat 16 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən bankların birinin filialından Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, dərhal polis əməkdaşları həmin ünvana gəliblər. Banka 2 ədəd 50 dollarlıq saxta əsginas verməkdə şübhəli bilinən Bakı şəhər sakini Rövşən Qəndiyev saxlanılıb və araşdırma aparılması üçün 13-cü Polis Bölməsinə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:13]
Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib
- 08.06.2026 [14:08]
Vətən müharibəsi şəhidlərinin övladlarının konsertdə iştirakı təmin edilib
- 08.06.2026 [13:26]