Baş direktor: Bakı Limanı artan yük həcminin qarşılanmasına hazırdır
Bakı, 9 sentyabr, AZƏRTAC
Regionda baş verən geoiqtisadi vəziyyət, toqquşmalar Bakı Limanının fəaliyyətinə təsirsiz ötüşmür. Nəzərdə tutulmayan yük həcmləri meydana gələ bilir, bu gün həmin yüklərin və ümumiyyətlə Orta Dəhliz üzrə artan yük həcminin qarşılanması məqsədilə Bakı Limanı tərəfindən tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin baş direktoru Eldar Salahov deyib.
O bildirib ki, yeni yük aşırma avadanlıqlarının alınması, lokomobillərin, kran avadanlıqlarının, konteyner yükləyicilərinin, çəngəlli yükləyicilərin alınması istiqamətində fəaliyyət davam edir: “Lakin biz anlayırıq ki, burada təkcə texniki imkanların artırılması deyil, eyni zamanda, əməliyyat səmərəliliyinin yüksəldilməsi, əlaqələndirmə, məlumat mübadiləsi istiqamətində də kifayət qədər işlər aparılır. Bakı Limanı bu yüklərin qarşılanmasına hazırdır”.
Video - Ceyhun Mustafayev
Foto - Tofiq Babayev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [12:47]
® “Azercell” ilk yeni nəsil diler mağazasını istifadəyə verir
- 09.09.2026 [12:32]
Fiziki şəxslərin banklardakı əmanətləri 16 faizədək artıb
- 09.09.2026 [12:24]
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
- 09.09.2026 [12:07]
İqtisadiyyata kredit qoyuluşları 13 faizədək artıb
- 09.09.2026 [11:59]
Azərbaycanın xarici dövlət borcu azalıb
- 09.09.2026 [11:57]