Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş nazir-parlament qarşıdurması: Ermənistan siyasi səhnəsinin yeni böhran mərhələsi

Baş nazir-parlament qarşıdurması: Ermənistan siyasi səhnəsinin yeni böhran mərhələsi

Forpost Ermənistan yeni ziddiyyət burulğanına düşüb. Nikol Paşinyanın bir neçə ay əvvəl başlatdığı siyasi proses özünün daha kəskin intriqalarla dolu olan qarşıdurma mərhələsinə qədəm qoyub. İndi baş nazirlə parlament seçki və hökumətə başçı təyin etmək məsələsində yekdil qərara gələ bilmirlər. Vəziyyəti düzəltmək üçün hökumətlə əsas siyasi qüvvələr arasında aparılan danışıqlar da bir nəticə vermir. N.Paşinyan müzakirələrdən sonra jurnalistlərə deyib ki, "yeganə ortaq fikir ondan ibarətdir ki, heç bir ortaq fikrə gələ bilməmişik". Bu cür vəziyyətin nə müddətə davam edəcəyi bilinmir. Lakin atıq ekspertlər bir sıra geosiyasi və siyasi proqnozlar verirlər. Onlar bütövlükdə Ermənistanın siyasi gələcəyini nikbin görmürlər. Konkret detallara gəldikdə isə meydana çoxlu sayda riskli və qeyri-müəyyən xarakterli faktorların çıxdığından bəhs edirlər. Məsələnin bu tərəfi üzərində geniş dayanmaq istərdik.

Erməni mərəzi: küçədən başlayan ziddiyyətlərin parlament səhifəsi açıldı

Ermənistan siyasi böhranın yeni mərhələsinə qədəm qoydu. İndi ekspertlər Paşinyan-parlament qarşıdurmasından danışırlar. Əslində, bir neçə ay bundan öncə belə bir vəziyyətin yaranacağı bəlli idi. N.Paşinyan hakimiyyətə elə tərzdə gəldi ki, bu "küləyin" erməni siyasi səhnəsində tufan qoparacağı aydın idi. Baxmayaraq ki, bir çox erməni, Rusiya və Qərb ekspertləri ağızdolusu "məxməri inqilab"dan danışırlar və mifik "erməni demokratik hərəkatı"nı uydururlar, orada real durum tamamilə başqa məzmunda və "rəngdədir". Ermənistanda heç bir "məxməri" hadisə baş verməyib, orada müşahidə olunanların bir rəngi var: “qaragüruhçuluğun erməni forması!”

Hər nə isə indi N.Paşinyan öz küçə zorbalığını demokratik islahat mexanizmi kimi təqdim etməkdə, Respublika Partiyasının başçılıq etdiyi siyasi qüvvələr isə bunu təzyiq kimi qiymətləndirməkdədir. Ədalət naminə deyək ki, respublikaçılarla birlikdə "Çiçəklənən Ermənistan" və "Daşnaksütyun"un da daxil olduğu qruplaşma öz haqqını qorumağa çalışır. Doğrudur, daşnaklar N.Paşinyanın təzyiqi ilə hökumətdəki nümayəndələrini geri çağırdılar. Artıq altı nazirin vəzifədən azad edilməsi ilə bağlı fərman imzalanıb. Lakin problem daha dərində olan məqamlarla bağlıdır.

Məsələ həm parlamentə seçkilər mexanizmi, həm də baş naziri təyinetmə proseduru ilə əlaqəlidir. N.Paşinyan belə bir hiyləgər oyun qurmağa çalışır: o, baş nazir kimi istefa verir, lakin bu kreslonun özünün yenidən baş nazir kimi fəaliyyətə başlamasına qədər boş qalmasını tələb edir (məhz tələb edir, çünki bir etiraz olan kimi küçəyə qaçıb, ermənisayağı bağırır: "mənə təzyiq edirlər"). Eyni zamanda, N.Paşinyan deyir ki, o istefa verəndən iki həftə müddətində parlament baş nazir təyin etməsin ki, sonra parlament özünü buraxa bilsin. Bunun əvəzində N.Paşinyan yalnız öz meyarlarına uyğun "müstəqillik", "demokratiya", "insan haqları və azadlığı" düşüncəsinə malik olanlardan parlament “quraşdırmağı” planlayır. Və bunu açıq deyir.

Avtomatik olaraq buradan bir nəticə çıxır: N.Paşinyanın ağaları ona tapşırıblar ki, ciddi siyasi rəqiblərini sıradan çıxarsın ki, sonra rahatca fironluq edə bilsin. Bunun adına Qərbdə “demokratiya” deyirlər.

İndi biçarə erməni xalqı qalıb iki pisliyin arasında: bir tərəfdə xalqın bir qisminin özünün yaratdığı küçə qəhrəmanı N.Paşinyanın yeni siyasi ambisiyaları, digər tərəfdə isə S.Sarkisyanın uzun illərdir ki, uğurla formalaşdırdığı korrupsiya sistemini təmsil edən bir neçə siyasi qüvvə! Doğrudur, N.Paşinyanın çağırışı üzrə yenə də 10 minlərlə erməni meydanda bağırır ki, onlara demokratiya versinlər. N.Paşinyan isə baş nazirdən çox boşboğaz mitinq-meydan “qəhrəmanı” kimi meydanla parlamentin arasını ölçür. O, “xalq”ın tələblərini deputatlara çatdırır.

Bəs bu “lider” nə tələb edir? Meydan vasitəsilə deputatlara deyir ki, istefa verin, parlamenti buraxın və növbədənkənar seçki keçirilməsi üçün “legitim xalq hakimiyyətini” qoruyun. Parlamentarlar isə bunun əksinə qanun qəbul ediblər. Serj Sarkisyanın korrupsiyaçı deputatları təklif ediblər ki, kənar təsir olan situasiyada parlamentin qəbul etdiyi heç bir qanun keçərli sayılmasın. Yəni, bununla respublikaçılar Paşinyanın əsas silahını - hədə-qorxu yolu ilə siyasi məqsədə çatmaq niyyətinin qarşısını kəsirlər. Son məlumata görə, insanlar parlamenti blokadada saxlayırlar və 70 deputat “acından ölür”, onları evlərinə getməyə qoymurlar.

Regional kontekst: geosiyasi risklərin cilovlanması

Müşahidə edilən bu prosesin mümkün geosiyasi nəticələrini unutmaq olmaz. Məlumdur ki, indi region uğrunda Qərblə Rusiya arasında gərgin mübarizə gedir. Nikol Paşinyan Qərbin sifarişlərini yerinə yetirməkdə davam etsə, Moskva sərt müdaxilə edə bilər. Bunun hansı yolla edilməli olduğunu Kremldəki siyasi-hərbi texnoloqlar daha yaxşı bilirlər. Bizi maraqlandıran odur ki, Cənubi Qafqazda gərginliyi artıra biləcək bir təxribat həyata keçirilə bilər. Çünki Rusiyanın hadisələrə sərt şəkildə əl qoymasına bir “əsas” olmalıdır. Həmin variantda regionun geosiyasi taleyi necə olacaq? Məlum deyil. Çünki meydanda çoxlu sayda məchul faktorlar özünü göstərəcək ki, bu da risk faktorunu xeyli yüksəldir. Bu cür vəziyyətin həm regional əməkdaşlığa, həm təhlükəsizliyə, həm də Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinə zərəri az olmayacaq.

Geosiyasi baxımdan digər mənfi əlamət Cənubi Qafqazda, ümumiyyətlə, qeyri-müəyyənliyin artması ilə bağlıdır. Bu, regionun geosiyasi qütbləşməyə sürüklənməsi ilə izah olunur. Məsələ ondan ibarətdir ki, Gürcüstan NATO-ya can atır və geosiyasi seçimi birmənalı olaraq Qərbdir. Ermənistan da eyni yolu seçsə, bu, Kremlə açıq-aşkar xəbərdarlıqdır. Çünki meydana Rusiyanın hərbi təhlükəsizliyi məsələsi çıxır.

Onda Moskva mütləq hərbi vasitə ilə müdaxilə etmək məcburiyyətində qalacaq. Bununla yanaşı, Kremlin Cənubi Qafqazla bağlı planlarında ciddi dəyişikliklər meydana çıxa bilər. Kim təminat verə bilər ki, Rusiya yaranmış vəziyyətdən istifadə edib, bütövlükdə Cənubi Qafqaza əl qoymasın? Bu da təbii ki, digər geosiyasi oyunçuların cavab addımları atması ehtimalını yüksəldir. Deməli, regiona qeyri-müəyyənlik sirayət edə bilər.

Bəs Ermənistan siyasi dairələrində bütün bunları nəzərə almırlar? Belə görünür ki, İrəvanın hakimiyyət dəhlizlərində başqa narahatlıqlar vardır. Çünki siyasi qrupların hamısının başlıca məqsədinin hakimiyyət piroqundan daha çox pay götürməkdən ibarət olduğu daha aydın görünür. Bunun əsas səbəbi isə siyasi qrupların bir-birini hədələməsi, regional mənsubluğa görə toplaşması və qanunsuz əldə edilən sərvətin əldən verilməməsinə çalışılmasıdır. Deyək ki, Sarukyan topladığı milyonların hansısa Paşinyan tərəfindən batırılmasına razı olarmı? Əsla.

R.Koçaryan və tərəfdarları bilirlər ki, N.Paşinyan hakimiyyəti ələ keçirsə, onların yeri həbsxanadır. Eyni zamanda, Ermənistanda son 30 ildə gedən proseslərin bir miraj olduğunun təsdiqidir. Yəni erməni siyasətçilər və onların havadarları əsası olmadan demokratiyadan, müstəqil dövlət quruculuğundan və dünyaya inteqrasiyadan danışıblar. Onların hər biri “Günəş altında özünə rahat yer düzəltməklə” məşğul olub. Bu da erməni şüuruna öldürücü zərbədir. Çünki əsrlərdir ki, onlar yalançı amallar uğrunda min bir itkiyə məruz qalıblar. Onları başqaları deyil, öz siyasi liderləri fəlakətə sürükləyib.

Bəli, indi İrəvanın hakimiyyət dəhlizlərində bunları düşünənlər az deyil. O səbəbdən N.Paşinyan da güzəştə getməməyə çalışacaq. Hər iki tərəf yalnız özünü haqlı sayır və toqquşmağa hazırdırlar. Bu, silahlı formada olmaya da bilər. Əsas məsələ vassal Ermənistanda kimlərin söz sahibi olmasından ibarətdir. Məhz bu status naminə erməni siyasi dairələri çalxalanmaqda davam edəcək.

Beləliklə, bir neçə ay öncə N.Paşinyanın başlatdığı siyasi proses özünün daha ziddiyyətli mərhələsinə qədəm qoyur. Parlamentlə baş nazir arasında savaş real məzmun kəsb edib. Və bu prosesi hələlik prezident sakitcə izləyir. Onun əsas məqsədi də elə bundan ibarət idi. Armen Sarkisyan əsas rəqiblərinin savaşda bir-birini parçalamasını və ya zəiflətməsini gözləyir. Həmin mərhələ başa çatandan sonra prezident öz planını reallaşdırmağa girişə bilər. Orada isə N.Paşinyanı qane etməyən məqamlar vardır. Deməli, baş nazirin parlamentlə olan mübarizəsi dolayısı ilə həm də prezidentlə böyük savaşa hazırlıqdır. Əsas mübarizə növbəti mərhələdə gedəcək.

Bunlar onu göstərir ki, Ermənistanda siyasi böhran indiki ziddiyyət mərhələsində başa çata bilməz. O, sadəcə daha kəskin yeni mərhələnin formalaşması arenasıdır. Deməli, Cənubi Qafqazın digər dövlətləri hadisələrin bütün inkişaf ssenarilərinə hazır olmalıdırlar. Təcrübə göstərir ki, erməni geosiyasi “sürprizi” bütövlükdə regionu bataqlığa sürükləyir. Elə onsuz da hazırda Cənubi Qafqaz erməni şıltaqlığından boğaza yığılıb.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur