Baş nazir Skott Morrison: Avstraliya bütün dünyanın müsəlman icmasının dərdini bölüşür
Tokio, 18 mart, AZƏRTAC
Avstraliya bütün dünyanın müsəlman icmasının dərdini bölüşür və onunla həmrəydir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avstraliyanın Baş naziri Skott Morrison Kanberradakı məsciddə yerli müsəlman icması ilə görüşü zamanı deyib. Baş nazir bildirib ki, biz bu terror hücumunu yetişdirən sağçı ekstremist ideologiya ilə heç zaman barışmayacağıq.
Görüşdən sonra fikirlərini “Twitter” sosial şəbəkəsində paylaşan S.Morrison yazıb: “Bu gün mən dəhşətli terror aktı ilə bağlı kədərlərini bölüşmək və dəstəyimi təklif etmək üçün müsəlman icmasının liderləri ilə görüşdüm. Bu hücum yalnız Yeni Zelandiyanı deyil, bütün dünya ölkələrini, o cümlədən Avstraliyanı sarsıdıb. Biz bu hücumu yaradan nifrəti, dözülməzliyi pisləmək üçün birlikdəyik”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:56]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]