DÜNYA
Bayden Oval ofisdən xalqa vida müraciəti edib

Vaşinqton, 16 yanvar, AZƏRTAC
Səlahiyyət müddəti yanvarın 20-də başa çatan ABŞ-ın 46-cı prezidenti Co Bayden Oval ofisdən xalqa vida müraciəti edib.
AZƏRTAC-ın məlumatına görə, yerli vaxtla axşam saat 20:00-da (Bakı vaxtı ilə yanvarın 16-sı 05:00) başlayan müraciət zamanı Bayden, administrasiyasının nailiyyətləri barədə danışıb və onların gələcək illərdə davam edəcəyinə ümid etdiyini bildirib. O, xarici siyasət uğurları sırasında NATO-nun güclənməsini, Ukraynanın hələ də azad olmasını, Çinlə rəqabətdə ABŞ-ın üstünlüyünü vurğulayıb.
Co Bayden həmçinin müasir dünyanın üzləşdiyi təhdidlər barədə danışıb.
O çıxışının sonunda amerikalıların güvəndiyi ideyalara inandığını bildirib və ölkəsini sevdiyini qeyd edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton