BDU alimləri qamma radiasiyanın ilbiz orqanizmlərinə təsirini araşdırıb
Bakı, 20 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri professor Rövşən Xəlilov və həmin kafedranın dosenti Aygün Nəsibovanın həmmüəllif olduqları “Şüalanmış üzüm ilbizlərinin (Helix pomatia) elektron paramaqnit rezonans üsulu ilə öyrənilməsi və biofiziki parametrlərin tədqiqi” (“Electron Paramagnetic Resonance studies of ırradiated grape snails (Helix pomatia) and investigation of biophysical parameters”) adlı elmi məqalə Abşeronun müxtəlif ərazilərindən toplanmış və qamma radiasiya ilə şüalandırılmış çanaqlı üzüm ilbizlərinin biofiziki parametrlərinin tədqiqinə həsr edilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədqiqatlar elektron paramaqnit rezonans spektroskopiyası, infraqırmızı spektroskopiya və “CANBERRA” Qamma spektroskopiyası ilə aparılıb. Aparılan tədqiqatlarda ionlaşdırıcı qamma radiasiyanın ilbiz orqanizmlərində yaratdığı yeni paramaqnit mərkəzlər araşdırılıb. Alınan nəticələr biotibbi tədqiqatlarda və ətraf mühitin biomonitorinqində mühüm əhəmiyyətə malikdir.
Məqalə “Web of Science” və “SCOPUS” elmmetrik bazalarına daxil olan (IF: 4.927) “Molecules” jurnalında yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]