BDU-da keçirilən “Açıq qapı” günündə 400-ə yaxın abituriyent iştirak edib
Bakı, 28 iyul, AZƏRTAC
“BDU könüllüləri”nin təşkilatçılığı ilə keçirilən “Açıq qapı” günündə 400-ə yaxın abituriyent iştirak edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, abituriyentlərə universitetin tədris, elmi, sosial fəaliyyəti, beynəlxalq əlaqələri ilə bağlı məlumat verilib. Qeyd olunub ki, BDU növbəti tədris ilində əmək bazarının tələblərinə uyğun ixtisaslar və müxtəlif yeniliklərlə tələbələri qarşılamağa hazırlaşır.
Abituriyentlər BDU-da fəaliyyət göstərən muzeylər, Elmi kitabxananın elektron bölməsi, Azərbaycan–Koreya Kompüter Elmləri Mərkəzi, “Ekoməkan”, “Tələbə məkanı” və 2 nömrəli tədris binası ilə tanış olublar.
Sonda abituriyent və valideynlərin universitetin infrastrukturu və tədris şəraiti ilə bağlı sualları cavablandırılıb.