ELM VƏ TƏHSİL
BDU-da könüllülər yaşlı insanlarla düzgün ünsiyyət formaları barədə məlumatlandırılıb
Bakı, 7 yanvar, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və DOST Agentliyi arasında anlaşma memorandumunun icrası üzrə Birgə Fəaliyyət Planı çərçivəsində hər iki qurumun könüllüləri üçün təlimlər keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin psixoloqları Emilya İgidova, Şəbnəm İslamlı və Lalə Cabbarova tərəfindən “Yaşlıların psixoloji xüsusiyyətləri” mövzusunda keçirilən təlimlərdə bu kateqoriyadan olan insanlarla düzgün ünsiyyət formaları, effektiv kommunikasiya bacarıqları və izahetmə mexanizmləri barədə məlumat verilib.
Sonra könüllülərin sualları cavablandırılıb və iş təcrübələrində şahid olduqları situasiyalar dəyərləndirilib.