BDU-nun ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri istehsalat təcrübəsində
Bakı, 13 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) ekologiya və torpaqşünaslıq fakültəsinin qiyabi şöbəsinin ekologiya ixtisası üzrə təhsil alan V kurs tələbələri Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azgüntex” günəş panelləri zavodunda istehsalat təcrübəsində olublar.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, təcrübə prosesində “Azgüntex” günəş panelləri zavodunun direktoru Nizami Əsgərov tələbələrə zavod barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Tədbirdə BDU-nun ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov, ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva iştirak ediblər.