BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
Bakı, 16 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) “Quacquarelli Symonds” (QS) tərəfindən dərc olunan “QS Biznes Magistr Proqramları Reytinqi 2027: Menecment üzrə Magistratura” və “QS Biznes Magistr Proqramları Reytinqi 2027: Maliyyə üzrə Magistratura” reytinqlərində yer alıb. BDU ilk dəfə olaraq menecment və maliyyə istiqamətləri üzrə 201+ mövqedə qərarlaşıb. Bu nəticə BDU-nun idarəetmə və maliyyə istiqamətlərində magistratura proqramlarının beynəlxalq səviyyədə tanınması və universitetin qlobal reytinqlərdə mövqeyinin daha da möhkəmlənməsi baxımından mühüm göstəricidir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Reytinqin ayrı-ayrı indikatorları üzrə BDU-nun göstəriciləri də diqqətəlayiqdir. Menecment üzrə magistratura proqramı “Müxtəliflik” indikatoru üzrə 111–120-ci, “Məzun nəticələri” indikatoru üzrə isə 151–200-cü mövqedə qərarlaşıb. Maliyyə üzrə magistratura proqramı isə “Müxtəliflik” və “Məzun nəticələri” indikatorları üzrə 151–200-cü mövqedə yer alıb.
Reytinq üzrə qiymətləndirmə zamanı məzunların məşğulluq göstəriciləri, işəgötürənlərin rəyi, akademik və elmi nüfuz, məzunların uğurları, beynəlmiləlləşmə səviyyəsi və təhsilin səmərəliliyi kimi əsas meyarlar nəzərə alınır.
BDU-nun bu istiqamətlər üzrə əldə etdiyi nəticələr universitetin qlobal səviyyədə tanınmasına töhfə verməklə yanaşı, Azərbaycanın aparıcı ali təhsil müəssisəsi kimi mövqeyini daha da möhkəmləndirir və beynəlxalq standartlara uyğun təhsil və tədqiqat fəaliyyətinin həyata keçirildiyini nümayiş etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [16:44]
BDU-da tələbələrlə görüş: suveren Azərbaycan - qürurumuz, Zəfərimiz
- 16.09.2026 [14:15]
Yüksək bal toplayan abituriyentlər BDU-nun Qazax filialını seçiblər
- 16.09.2026 [13:16]