DÜNYA
Belarusda Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu başlayıb

Bakı, 3 mart, AZƏRTAC
Rusiya və Ukrayna nümayəndə heyətləri Belarusun Brest vilayətində danışıqların ikinci raunduna başlayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə RİA novosti agentliyi Belarus XİN-ə istinadla məlumat yayıb.
RF prezidentinin köməkçisi Vladimir Medinskinin sözlərinə görə, Moskva bu görüş üçün üç hissədən ibarət təkliflər bloku formalaşdırıb. Buraya nizamlamanın hərbi-texniki, beynəlxalq-humanitar və siyasi aspektləri daxildir. Ukrayna prezidentinin ofisindən isə bildiriblər ki, danışıqların əsas müzakirə mövzusu “atəşin dərhal dayandırılması və qoşunların çıxarılmasıdır”.
Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusun Qomel vilayətində keçirilən danışıqların birinci raundu beş saata yaxın davam edib. Bundan sonra nümayəndə heyətləri məsləhətləşmələr aparmaq üçün öz paytaxtlarına qayıdıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.12.2023 [17:09]
Çin şirkəti metanla uçan raketlə orbitə üç peyk buraxıb
- 09.12.2023 [16:52]
Bloomberg: İsveçrə saatlarının populyarlıq zirvəsi geridə qalıb
- 09.12.2023 [16:03]
Aİ-də süni intellektlə bağlı tarixi saziş üzrə razılıq əldə olunub
- 09.12.2023 [15:30]
Sorğu: Almanların 74 faizi Olaf Şoltsun işindən narazıdır
- 09.12.2023 [15:17]
Əbu-Dabi və Ər-Riyad Moskva ilə daha sıx əməkdaşlıq edəcək
- 09.12.2023 [13:59]
Türkiyədə daha bir cinayətkar qruplaşma zərərsizləşdirilib
- 09.12.2023 [13:49]
Kiyev prokurorluğu metroya su dolması ilə bağlı təhqiqata başlayıb
- 09.12.2023 [13:44]