BELÇİKA KRALLIĞININ BAŞ NAZİRİ ZATİ–ALİLƏRİ CƏNAB Gİ VERHOFSTADTA
Hörmətli cənab Baş nazir,
Ath şəhəri yaxınlığında qaz kəmərində baş vermiş partlayış nəticəsində insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 iyul 2004-cü il.