Belçika tarixində ilk dəfə olaraq kral ultrasağçı partiyanın liderini görüşə dəvət edib
Brüssel, 3 iyun, AZƏRTAC
“Vlaams Belang” ultrasağçı flamand partiyasının lideri Tom Van Qriken bu gün jurnalistlərə bəyan edib ki, Belçika kralı Filip ilə danışıqları xoş və sakit ab-havada keçib.
AZƏRTAC xəbər verir ki, kral tərəfindən Tom Van Qrikenin danışıqlar üçün Kral Sarayına dəvəti əsl tarixi hadisə olub. Belçika monarxı ilk dəfə olaraq, ultrasağçı flamand partiyasının liderini danışıqlar üçün dəvət edib. Van Qriken bəyan edib ki, seçkilərin qalibinin dövlət başçısı tərəfindən Kral Sarayına dəvət edilməsi dünyada ən normal hadisədir.
Van Qriken saraya gələndə bir neçə dəqiqə gecikib. O, saray darvazalarından keçərkən jurnalistlərlə kəlmə də kəsməyib.
Xatırladaq ki, Qrikenin partiyası monarxiyanı tənqid edir və flamand respublikasına tərəfdardır. Bununla yanaşı, Qriken sonradan deyib: “Kral bizə və bizim seçicilərimizə hörmətlə yanaşdığına görə mən də bu gün onunla danışmaqdan ötrü buraya gəlməklə qarşılıqlı ehtiramımı bildirirəm”.
Saraydan çıxarkən Van Qriken qaydalara riayət etməyə qərar verib. Həmin qaydaya görə siyasətçilər kralla söhbətin mövzusunu mətbuatla müzakirə etmirlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]