CƏMİYYƏT
Bələdiyyə sədrləri və üzvləri üçün təlim kursu
Saatlı, 14 noyabr (AZƏRTAC). Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş mərkəzinin və İmişli regional ədliyyə şöbəsinin təşkilatçılığı ilə Saatlıda rayonun bələdiyyə sədrləri və bələdiyyə üzvləri üçün təlim kursu keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Saatlı Rayon İcra Hakimiyyətinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rayon şöbəsinin nümayəndələrinin də iştirak etdiyi kursda mütəxəssislər “Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi”, “Yerli vergilər və ödənişlər, büdcənin formalaşdırılması və icrasına nəzarət”, “Torpaqların təyinatı üzrə istifadəsi” və “Yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması” mövzularında iştirakçılara ətraflı məlumat vermişlər.
Təlim kursunda regional ədliyyə şöbəsinin əməkdaşları tərəfindən bələdiyyə sədrlərini və üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.