REGİONLAR
Bərdə rayon Şirvanlı kənd sakinlərinə mədəni xidmət göstərilib
Bərdə, 21 iyun, AZƏRTAC
Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı olan Şirvanlı kənd folklor evinin təşkilatçılığı ilə Şirvanlı hamamında əhalinin mədəni istirahətini təmin etmək məqsədilə tədbir təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şirvanlı kənd folklor klubunun, Uğurbəyli, Bala Qacar kənd klublarının və Şirvanlı, Uğurbəyli, Dəymədağıldı, Əliyanlı kənd kitabxanalarının əməkdaşları əvvəlcə XVIII-XIX əsrlərə aid hamamla tanış olublar.
Tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova əhalinin mədəni istirahətinin təmin olunması məqsədilə keçirilən bu cür tədbirləri yüksək qiymətləndirib. Tədbirdə qədim əşyalar, əl işləri, kitab sərgisi təşkil edilib, Şirvanlı kənd folklor evinin dram dərnəyinin üzvlərinin hazırladığı “Qaravəlli” tamaşası nümayiş olunub.
Tədbir konsert proqramı ilə davam edib.