Bərdədə "Vətənpərvərlik milli-mənəvi dəyər kimi" mövzusunda tədbir keçirilib
Bərdə, 25 noyabr, AZƏRTAC
Bərdə Peşə Liseyində Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə şöbəsinin sədri Etibar Hüseynovanın təşkilatçılığı ilə "Vətənpərvərlik milli-mənəvi dəyər kimi" mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bərdə Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi Şəmsiyyə Abbaszadə, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə şöbəsinin sədri Etibar Hüseynova, Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov, Bərdə Peşə Liseyinin təlim-tərbiyə işləri üzrə direktor müavini Rafiq Alıyev, Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi İctimai Birliyinin rayon təşkilatının sədri Aydın Zeynalov, 5 nömrəli tam orta məktəbin tarix müəllimi Aynur Baxşəliyeva çıxış edərək gənclərimizdə milli vətənpərvərlik ruhunun təbliğ olunması, milli xarakter və milli mənəviyyatın formalaşması baxımından bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Müzakirə formasında keçən tədbirdə gənclərin fikirləri dinlənilib.