REGİONLAR
Bərdədə məhsul yığımı davam edir
Bərdə, 11 noyabr (AZƏRTAC). Bərdə rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı davam etdirilir.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildirmişdir ki, cari ildə rayonda 101 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 7 faiz çoxdur. Torpaq mülkiyyətçiləri 52,4 min ton taxıl, 1,7 min ton dən üçün qarğıdalı, 9 min ton şəkər çuğunduru, 2,6 min ton kartof, 29 min ton tərəvəz, 27,7 min ton bostan məhsulları, 7,6 min ton meyvə toplanmışdır. Hazırda rayonda şəkər çuğunduru və pambıq yığımı davam edir.
Rayon ərazisində payızlıq taxıl səpini də uğurla aparılır. İndiyədək 2,9 min hektarda payızlıq taxıl səpilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]