BƏRDƏDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ YIĞINCAQ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 7-də Bərdə Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının rayon təşkilatı ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş yığıncaq keçirmişlər.
Yığıncaq iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, rəhbərə hörmət və ehtiramlarını bildirmişlər.
Yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı İlham Ağayev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, apardığı məqsədyönlü siyasət nəticəsində ölkədə gedən sosial-iqtisadi inkişaf barədə geniş məruzə etmişdir. Bildirmişdir ki, ulu öndərin ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, ölkəmiz gündən-günə inkişaf edir, yeniləşir.
Yığıncaqda çıxış edən digər natiqlər ümummilli lider Heydər Əliyevin zəngin və mənalı ömür yolundan, çoxşaxəli fəaliyyətindən danışmışlar.
Yığıncaqda ulu öndər Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar keçirilmiş idman yarışlarının, muğam və inşa yazı müsabiqələrinin qaliblərinə rayon icra hakimiyyəti tərəfindən mükafatlar verilmişdir.
Yığıncağın sonunda ümummilli liderin həyatına həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]