BƏRDƏDƏ YENİ SALINMIŞ HƏRBİ ŞƏHƏRCİYİN AÇILIŞ MƏRASİMİ OLMUŞDUR
Qonaqlar ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin abidəsi, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın büstü önünə gül-çiçək dəstələri düzmüş, xatirələrini ehtiramla yad etmişlər.
Şəhərciyin açılış mərasimində daxili işlər naziri general-polkovnik Ramil Usubov, daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı general-leytenant Zakir Həsənov, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən general-polkovnik Ramil Usubov Daxili Qoşunların yaradılması və maddi-texniki bazasının möhkəmləndirilməsində görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin böyük xidmətlərini xüsusi vurğulamış, sərhədlərimizin etibarlı mühafizəsi sahəsində görülən işlərdən, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi ilə bağlı həyata keçirilən təxirəsalınmaz tədbirlərdən danışmışdır.
Mərasim iştirakçıları hərbi şəhərciklə, burada zabit, gizir və əsgərlər üçün yaradılmış şəraitlə yaxından tanış olmuşlar. Şəhərcikdə inşaat işləri bir il müddətində başa çatdırılmış, qərargah, yataq korpusu, yeməkxana, hamam, camaşırxana, digər sosial obyektlər tikilmişdir. Burada müxtəlif idman meydançaları fəaliyyət göstərəcəkdir.
Yaxın vaxtlarda şəhərcikdə beşmərtəbəli, 60 mənzilli yaşayış binası inşa olunacaqdır.
Açılış mərasimindən sonra mətbuat konfransı keçirilmişdir. Daxili işlər naziri Ramil Usubov jurnalistləri maraqlandıran suallara cavab vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]