Berlin məktəbliləri siyasətçiləri bir daha iqlim barədə düşünməyə çağırıblar
Berlin, 17 mart, AZƏRTAC
Bu həftənin istirahət günlərində Berlinin mərkəzindəki “İnvalidenpark” parkında məktəblilər iqlimin müdafiəsi üçün kütləvi nümayiş keçiriblər. İlk dəfə idi ki, uşaqların valideynləri ilə yanaşı, müəllimlər, ölkənin yaradıcı və elmi dairələrinin nümayəndələri də məktəbliləri dəstəkləməyə gəlmişdilər. Berlinli velosipedçilər də nümayişçilərə qoşulub.
AZƏRTAC xəbər verir ki, belə nümayişlər əvvəllər də keçirilib. Məqsəd siyasətçiləri iqlimin və ətraf mühitin qorunması üçün daha çox səy göstərməyə sövq etməkdir.
Polisin məlumatına görə, nümayişdə təqribən 5000 nəfər iştirak edib. Hələ mitinqin başlanmasına bir saat qalmış park adamlarla dolu idi, mitinq başlanandan bir saat sonra isə iştirakçıların sayı hədsiz artdığına görə İnvalidenştrasse küçəsi qismən bağlanıb.
Almaniyanın digər şəhərlərində (210 yaşayış məntəqəsində) də məktəblilər nümayiş keçiriblər. Mitinqlərə toplaşanların ümumi sayı 60 minə yaxın olub.
Xatırladaq ki, iqlimin müdafiəsi üçün nümayişlər keçirmək təşəbbüsünü ekologiya hərəkatının fəal üzvü, 16 yaşlı isveçli məktəbli Qreta Tunberq irəli sürüb. O, 2018-ci ilin avqust ayında Stokholmda İsveç Parlamentinin yaxınlığında “iqlim uğrunda məktəb tətili” təşkil edib. Tunberqin bu aksiyası bütün dünyada ekologiya hərəkatı davamçılarının diqqətini cəlb edib, sonra başqa ölkələrdə də oxşar nümayişlər keçirilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:56]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]