BERLUSKONİ ŞEVÇENKONU TƏHQİR ETDİ
Onun sözlərinə görə, Şevçenko öz evinin ağası deyildir və xanımı amerikalı Kristen Pazikin sözü ilə oturub-durur. Berluskoni demişdir: “Məsələn, mən öz evimin ağasıyam və bütün məsul qərarları özüm qəbul edirəm. Şevçenko isə arvadının bütün göstərişlərinə əməl edir, onun tələbini eşidər-eşitməz ev iti kimi qaçır. Arvadı Londona getmək istədi və Şevçenko da onun yedəyində yollandı. “Milan”ın əsl futbolçusu və əsl kişi olan kəs heç vaxt belə hərəkət etməzdi”.
Frans Press Agentliyi xəbər verir ki, “Milan” klubunun vitse-prezidenti Andriano Qalliani bu məlumatı təkzib etmişdir. O demişdir: “Düzdür, gecədə Berluskoni bir neçə sərt kəlmə işlətdi, amma bu sözlər “Milan” üçün çox işlər görmüş futbolçuya deyil, ancaq onun özünə aid idi”.
Xatırladaq ki, Andrey Şevçenko Almaniyada 2006-cı il dünya çempionatı ərəfəsində 45 milyon avroya “Milan”dan “Çelsi”yə keçmişdir. O, mövsümün əvvəlindən bəri “aristokratlar”ın heyətində bütün turnirlərdə - İngiltərə çempionatında və Kuboku, İngiltərə Superkuboku, İtngiltərə liqasının Kuboku və Çempionlar Liqası yarışlarında cəmi altı top vurmuşdur.