Berni Sanders Co Baydenin ABŞ prezidentliyinə namizədliyini rəsmən dəstəkləyib
Vaşinqton, 14 aprel, AZƏRTAC
ABŞ prezidenti postuna bu il keçiriləcək seçkilərdə Demokratlar Partiyasından ötən həftənin sonunadək iki aparıcı namizəddən biri olan senator Berni Sanders Co Baydeni dəstəkləyərək, öz tərəfdarlarını, həmçinin Respublikaçılar Partiyasının tərəfdarlarını seçkilərdə Co Baydenə səs verməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, bazar ertəsi Sanders öz bəyanatında amerikalıların “ən yeni tarixdə ən təhlükəli prezidentə” qalib gəlmək üçün Co Baydenin namizədliyi ətrafında birləşməsinin vacib olduğunu bildirib.
Beləliklə, Sanders Demokratlar Partiyasından olan 15-ci sabiq namizəddir ki, senator həmkarları Kamala Harris, Emi Klobuçar və Kori Buker, həmçinin Saut-Bend şəhərinin sabiq meri Pit Butticiç və digər sabiq namizədlərə qoşularaq rəsmi şəkildə Baydeni dəstəkləyir.
Bununla belə, Amerika siyasətinə dair bir çox məsələlərdə Baydenlə işləməyə razılıq verən Sanders bildirib ki, səhiyyəyə baxışlarında onunla Bayden arasında hələ də əhəmiyyətli fərqlər mövcuddur.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]
Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]