CƏMİYYƏT
Beş ildən sonra bütün iş yerləri süni intellekt sahəsində müəyyən biliklər tələb edəcək
Bakı, 7 noyabr, AZƏRTAC
Dillər, tənqidi qiraət, elmi biliklər və süni intellekti öyrənmə peşəkar inkişaf üçün vacib olan vərdişlərdir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) nəşr etdirdiyi peşəkar vərdişlər haqqında hesabatda yer alıb.
“Təxminən bütün iş yerləri beş ildən sonra süni intellekt sahəsində müəyyən biliklər tələb edəcək”, - deyə İƏİT xəbərdarlıq edərək vurğulayıb ki, böyüklərin 35 faizi süni intellektin zərərli olduğunu hesab edir.
Proqnozlar göstərir ki, 2019-2030-cu illərdə peşəkar tələbatlar arasında kompüterlərdən, yaradıcı təfəkkürdən, məlumatların və informasiyaların təhlilindən, təşkilatdankənar insanlarla ünsiyyətdən istifadə olunmaqla əldə edilən bacarıqlara daha çox ehtiyac duyulacaq.
Bu səbəbdən İƏİT məktəb proqramlarını riyazi məzmundan istifadə olunmaqla, mətnlərin anlayışı və dəyərləndirilməsi, tənqidi təfəkkür kimi məsələlərdə cəmləşdirməyə, bunların zəngin informasiya mühitində naviqasiya üçün həyati vacib bacarıqlar olduğunu nəzərə almağa çağırır. Hesabatda göstərilir ki, İƏİT-yə üzv ölkələrdə böyüklərin 18 faizi bütün bu vərdişlər üzrə komponentliyin baza səviyyəsinə çatmırlar.
Süni intellektin işlənib hazırlanması və tətbiqi ilə məşğul olan mütəxəssislərə tələbat 2019-2022-ci illərdə nəzərəçarpacaq dərəcədə artıb.
İƏİT-nin 2023-cü il üçün hesabatında, həmçinin dezinformasiyaya və onlayn dələduzluğa həsr olunmuş fəsil də var. Əsas qənaətlər arasında İƏİT ölkələrində böyüklərin 59 faizi internetdə saxta məlumat almalarından narahatdırlar. Bununla yanaşı, 56 faizi kompüter dələduzluğundan narahatlıq keçirir.