Beşbarmaq qayalıqlarında açıq respublika çempionatı keçiriləcək
Bakı, 30 sentyabr, AZƏRTAC
Oktyabrın 3-4-də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Siyəzən rayonu ərazisində yerləşən Beşbarmaq dağında qayayadırmanma üzrə açıq respublika çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, FAİREX tərəfindən artıq səkkizinci dəfə keçiriləcək çempionat kişilər və qadınlar arasında üç mərhələdə (təsnifat, yarımfinal və final) təşkil olunacaq.
Yüzə yaxın idmançının mübarizə aparacağı yarışın qaliblərinə Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosasiyasının, FAİREX-in kubok və medalları təqdim olunacaq.
FAİREX tərəfindən mütəmadi olaraq dağçılıq və ekstremal idman növləri üzrə keçirilən çempionatlar idmançıların daha çox təcrübə toplaması, yarış texnikalarının təkmilləşməsi, bu idman növlərinin populyarlaşdırılması məqsədini güdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [20:45]
PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb
- 17.10.2026 [19:32]
"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib
- 17.10.2026 [15:45]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
- 17.10.2026 [12:21]
Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb
- 17.10.2026 [10:30]
Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]