“Beşiktaş” klubunun almaniyalı qapıçısı Loris Karius ilə müqaviləyə xitam verilib
Bakı, 4 may, AZƏRTAC
“Beşiktaş” futbol klubunun “Liverpul”dan icarəyə götürdüyü qapıçı Loris Karius “Instagram”dakı səhifəsində İstanbul təmsilçisi ilə müqaviləsinə xitam verildiyini açıqlayıb.
AZƏRTAC “ntvspor.net” portalına istinadla xəbər verir ki, qapıçı “Instagram”dakı səhifəsində qeyd edib: “Bu gün “Beşiktaş” ilə müqaviləmə xitam verdim. Bu cür başa çatması utancvericidir. Amma bunu bilməlisiniz ki, çətinlikləri problem yaratmadan həll etməyə çalışdım. Aylar ərzində səbir etdim və rəhbərliklə mütəmadi müzakirələr apardım. Təəssüf ki, çətinliyi həll etməyə cəhd göstərmədilər”.
Azarkeşlərin onu daim dəstəklədiyini ifadə edən almaniyalı qapıçı bildirib: “Burada keçirdiyim vaxtdan zövq aldığımı bilməyinizi istəyirəm. “Beşiktaş” bu qədər coşqulu azarkeş dəstəyinə sahib olduğu üçün qürur duymalıdır. Məni xoş gündə də, çətin gündə də dəstəklədiniz. Sizi daim xatırlayacağam. Bütün komanda yoldaşlarıma, texniki heyətə, klub əməkdaşlarına təşəkkür edirəm. Gəldiyim ilk gündən bəri məni çox yaxşı qarşıladınız. Çox təşəkkürlər. Çempion “Beşiktaş”.
Xatırladaq ki, “Beşiktaş” klubu Loris Kariusu 2018-ci ilin avqustunda icarəyə götürmüşdü.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]