Beynəlxalq axtarışda olan şəxs Özbəkistana təhvil verilib
Bakı, 9 yanvar, AZƏRTAC
Özbəkistanın hüquq-mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dələduzluqda təqsirli bilinərək beynəlxalq axtarışa verilmiş 1970-ci il təvəllüdlü İran vətəndaşı İmani Ali Abdollahın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycanın Baş Prokurorluğu tərəfindən təmin edilib.
İmani Ali Abdollah 2025-ci ildə ölkəmizdə müəyyən olunaraq həbs edilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:40]
Deputat: Türk dünyası bizim ailəmizdir
- 09.06.2026 [13:33]
Bu ilin 5 ayında sığortaolunanların sayı 56 min nəfərdən çox artıb
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:24]