BEYNƏLXALQ BANKLARIN SOSİAL SİYASƏTİ SEMİNARIN DİQQƏT MƏRKƏZİNDƏ OLMUŞDUR
Bank İnformasiyası Mərkəzinin nümayəndələri beynəlxalq sərmayələr alan ölkə əhalisinin mənafelərinin qorunması mexanizmlərindən, layihələrin monitorinqinə qoyulan tələblərdən, Dünya Bankının yoxsulluğun azaldılması üzrə kreditlərindən, Avropa Yenidənqurma və İnkişaf Bankında şikayətlərə baxılmasının yeni mexanizmindən danışmışlar.
Xanım Heyke Maynhards Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun (BVF) mikroiqtisadi sabitliyin dəstəklənməsi, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin və imkanlarının yaxşılaşdırılması, səhiyyə və təhsil sahəsində əsas xidmətlərdən istifadə hüququnun artırılması və onların keyfiyyətinin yaxşılaşdırılması, əhalinin köməksiz təbəqələrinin gəlirlərinin formalaşması imkanlarının artırılması üçün şərait yaradılması kimi proqramları barədə məlumat vermişdir.
Onun sözlərinə görə, Dünya Bankının iş prinsipi layihəyə ancaq əhalinin sosial baxımdan ən az müdafiə edilən təbəqələri - etnik azlıqlar, qadınlar, qocalar və uşaqlar da daxil olmaqla, bütün əlaqədar sosial qruplar üçün əlverişli olduğu təqdirdə maliyyə yardımı ayırmaqdır. Maynhardsın sözlərinə görə, beynəlxalq maliyyə korporasiyaları gəlirlərin şəffaflığını, layihə sənədlərindən istifadə etmək imkanını, korrupsiyaya qarşı yönəlmiş gəlirlərin idarə olunmasında məsuliyyətin inkişafını, yoxsulluq səviyyəsi göstəricilərinin hökmən izlənilməsini təmin etməlidirlər.