BEYNƏLXALQ EKOLOJİ SEMİNAR İŞƏ BAŞLAMIŞDIR
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov seminarı giriş sözü ilə açaraq, monitorinq prosesində və ətraf mühitin vəziyyəti haqqında hesabatda, regional və qitə miqyasında uzun müddət irimiqyaslı tədqiqatların aparılmasında böyük rol oynaya biləcək məsafədən zondlama metodunun aktuallığını vurğulamışdır. Azərbaycanda bununla əlaqədar böyük iş görülmüşdür. Nazirliyin ehtiyatları hesabına yeni təmir edilmiş və müasir avadanlıqla təchiz olunmuş Maştağa aerologiya stansiyası yaxın vaxtlarda açılacaqdır. Burada atmosferin aşağı təbəqələrinin zondlaşdırılması həyata keçiriləcəkdir.
Seminarda Avrasiya regionunda ətraf mühitin vəziyyətinin qiymətləndirilməsinə dair təcrübi proqramın həyata keçirilməsinin müxtəlif cəhətləri, strukturu və maliyyə mənbələri müzakirə ediləcəkdir. Bu proqram Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üçün nəzərdə tutulmuşdur.
Seminar noyabrın 4-də başa çatacaqdır.