İQTİSADİYYAT
Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə “İT-İP: yeni biliklərin ötürülməsi və qorunması” mövzusunda konfrans keçiriləcəkdir
Bakı, 24 aprel (AZƏRTAC). Aprelin 26-da Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) “İT-İP: yeni biliklərin ötürülməsi və qorunması” mövzusunda birgə konfrans keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, tədbirdə informasiya texnologiyaları və əqli mülkiyyət, yeni biliklər və onların qorunması məsələləri ilə yanaşı, Azərbaycana məxsus əqli mülkiyyətin, eləcə də maddi və qeyri-maddi irsin oğurlanması, mənimsənilməsi, bu sahədə tarixi saxtakarlıqlar və uydurmalar geniş müzakirə olunacaqdır.
Konfransda ediləcək bütün məruzələr “On-line” rejimində agentliyin www.copaq.gov.az və PİTN-in www.mincom.gov.az saytları vasitəsilə internetdə yayımlanacaqdır.
Tədbirdə Milli Məclisin deputatları, tanınmış elm xadimləri, hökumət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.05.2024 [14:26]
Bugünkü valyuta hərracında tələb 110 milyon dolları ötüb
- 30.05.2024 [13:16]
Bakı Enerji Həftəsində yüksək rütbəli qonaqların iştirakı gözlənilir
- 30.05.2024 [12:50]
“28 May” stansiyasında növbəti eskalator əsaslı təmir ediləcək
- 30.05.2024 [12:17]
Azərbaycanda elektron satınalma xidmətinin keyfiyyəti artırılacaq
- 30.05.2024 [11:51]
Bakı Enerji Forumunda COP29-a həsr olunan xüsusi sessiya keçiriləcək
- 30.05.2024 [11:32]