Səfir: Azərbaycan Özbəkistan üçün etibarlı tərəfdaşdır VİDEO
Vaşinqton, 30 may, AZƏRTAC
“Azərbaycan və Özbəkistan strateji tərəfdaş ölkələrdir”.
Bu sözləri Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyinin təşkilatçılığı ilə Vaşinqtonda 28 May - Müstəqillik Gününə və 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş qəbulda iştirak edən Özbəkistanın ABŞ-dakı səfiri Furqat Siddikov AZƏRTAC-a açıqlamasında deyib.
O, Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib. Səfir əlavə edib ki, Azərbaycan Özbəkistan üçün etibarlı tərəfdaşdır. “Əlaqələrimiz uzunmüddətli tarixə malikdir. Bizim çox parlaq irsimiz mövcuddur. Biz burada (ABŞ-da – red.) azərbaycanlı həmkarım Xəzər İbrahimlə sıx işləyir, birgə tədbirlər həyata keçiririk”, - deyə səfir vurğulayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton