BEYNƏLXALQ FOLKLOR ELMİ KONFRANSI
Yanvarın 10-da Azərbaycan Milli Ensiklopediyasının iclas salonunda “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” mövzusunda ikigünlük beynəlxalq folklor elmi konfransı öz işinə başlamışdır.
Milli Elmlər Akademiyasının Folklor Mərkəzi ilə Azərbaycan Milli Ensiklopediyasının birgə keçirdikləri konfransı mərkəzin direktoru, filologiya elmləri namizədi dosent Hüseyn İsmayılov açaraq ortaq türk folklorunun toplanmasında, tədqiqində və nəşr edilərək oxuçulara çatdırılmasında belə tədbirlərin əhəmiyyətindən danışdı. Natiq hər bir millətin hansı mənəvi inkişaf mərhələlərindən keçdiyini öyrənmək üçün zəngin xalq yaradıcılığını tükənməz mənbə kimi dəyərləndirdi.
Birinci iclasda filologiya elmləri doktorları Tofiq Hacıyevin, İsrafil Abbaslının, habelə türkiyəli alim Yaşar Kalafatın, iranlı alim Əlirza Sərrafinin və baqalarının məruzələri dinlənildi.
Məruzə və çıxışlarda xalq yaradıcılığının öyrənilməsində folklorşünasların qarşısında duran vəzifələrdən, bu sahədə mövcud çətinliklərin aradan qaldırılması yollarından, birgə fəaliyyət üçün əlaqələrin daha da genişləndirilməsinin vacibliyindən ətraflı söz açıldı.
Konfrans bu gün öz işini başa çatdıracaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]