Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası Balidə turist vergisinin tətbiqi əleyhinədir
Tokio, 21 fevral, AZƏRTAC
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) Balidə turist vergisinin tətbiqi əleyhinə olduğunu bildirib.
AZƏRTAC “The Jakarta Post” qəzetinə istinadla xəbər verir ki, həmin verginin aviabiletin dəyərinə əlavə edilməsi nəzərdə tutulur. Dünya üzrə aviadaşımaların 82 faizini həyata keçirən və özündə 290 aviaşirkəti birləşdirən assosiasiya Balinin qubernatoru Vayan Kosterə məktub göndərib. IATA-nın Asiya-Sakit okean regionu üzrə vitse-prezidenti Konrad Kliffordun imzaladığı məktubda deyilir: “Əcnəbi turistlərə birbaşa verginin tətbiqi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (IKAO) dəstəklədiyi vergiödəmə qaydaları ilə ziddiyyət təşkil edir”.
Xatırladaq ki, Bali administrasiyası ətraf mühitin və yerli mədəniyyətin mühafizəsinə turistlərin töhfəsi barədə qərar layihəsi hazırlayıb və bu sənəd hazırda Balinin qanunvericilik şurasında müzakirə olunur. Şura və administrasiya həmin verginin aviabiletin dəyərinə əlavə edilməsi və ya aeroportda yığılması məsələsinə baxır. İndoneziya Statistika İdarəsinin məlumatına görə, 2018-ci ildə Bali adasını 6 milyondan çox turist ziyarət edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]