BEYNƏLXALQ MALİYYƏ QURUMLARI AZƏRBAYCAN ENERGETİKLƏRİ İLƏ ƏMƏKDAŞLIĞA MARAQ GÖSTƏRİRLƏR
Bundan əlavə, xarici banklar Azərbaycanın energetika layihələrində iştirak etməyə müəyyən maraq göstərirlər. Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) ilə “Şimal” DRES-də ikinci buxar-qaz qurğusu tikintisinin maliyyələşdirilməsi imkanları barədə aparılan uğurlu danışıqlar bunu təsdiq edir.
“Azərenerji” SC respublikanın energetika obyektlərinin modernləşdirilməsinə və yenidən qurulmasına vəsait cəlb etmək məqsədi ilə iş görməklə yanaşı, əvvəllər alınmış kreditlərin sabit şəkildə qaytarılmasını da planlı şəkildə həyata keçirir. İlin sonunadək ayrı-ayrı illərdə alınmış kreditlərin qaytarılması hesabına təxminən 30 milyon ABŞ dolları dəyərində vəsaiti ödəmək nəzərdə tutulmuşdur.
Bütün bunlar Azərbaycanın energetika təhlükəsizliyinin möhkəmlənməsinə, əhalinin elektrik enerjisi ilə lazımi səviyyədə təmin olunmasına və iqtisadiyyatın inkişafına kömək edəcəkdir.