DÜNYA
Beyrutdan rusiyalı diplomatların 60 ailə üzvü təxliyə edilib
Moskva, 3 oktyabr, AZƏRTAC
Rusiya Beyrutdan diplomatlarının 60 ailə üzvünü təxliyə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi məlumat yayıb..
Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi Beyrutda humanitar yardımı boşaltdıqdan sonra Livanda xidmət edən rusiyalı diplomatların 60 ailə üzvünü təxliyə edib.
Həmin gün Rusiyanın Təl-Əvivdəki səfiri Anatoli Viktorov Rusiya vətəndaşlarına İsraili müvəqqəti tərk etməyi tövsiyə edib, bu isə müntəzəm uçuşlar vasitəsilə hələ ki, mümkündür.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva