Biləsuvar sərhəd-keçid məntəqəsindən 1,5 milyon nəfər istifadə edib
Tehran, 14 aprel AZƏRTAC.
Ötən il (İran ili) ərzində İran ilə Azərbaycan sərhədindəki Biləsuvar sərhəd-keçid məntəqəsindən 1 milyon 510 min nəfər istifadə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat İranın Baş Gömrük İdarəsinin açıqlamasında deyilir.
Qeyd olunub ki, sərhəd-keçid məntəqəsindən istifadə edənlərin 9 faizi İran, qalan 91 faizi isə xarici vətəndaşlar olub. İl ərzində məntəqədən 278 min avtomobil keçib. Mart ayında bu sərhəd-keçid məntəqəsindən yalnız 20 min adam istifadə edib.
İranın Şəhərsalma və Yollar Nazirliyinin Ərdəbil idarəsinin müdiri Əli Rəhməti isə qeyd edib ki, bu məntəqədən tranzit olaraq 20 min 934 avtomobil keçib. Bu avtomobillər əsasən Naxçıvandan Bakıya və əks istiqamətdə hərəkət ediblər.
Koronavirus pandemiyası ilə əlaqədar hazırda keçid məntəqəsi bağlıdır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:49]
“Bug bounty” proqramına start verilir
- 13.10.2026 [12:27]
Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb
- 13.10.2026 [12:17]
Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib
- 13.10.2026 [12:11]