Biofizika İnstitutunda Anım Gününə həsr olunmuş tədbir keçirilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Biofizika İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, Molekulyar və hüceyrə biokimyası laboratoriyasının kiçik elmi işçisi Fidan Qüdrətova geniş məruzə ilə çıxış edib. O, çıxışında 44 günlük Vətən müharibəsi zamanı xalqımızın nümayiş etdirdiyi birlikdən söz açıb. Məruzəçi qeyd edib ki, cəmiyyətin bütün təbəqələri həmin çətin günlərdə vahid məqsəd ətrafında birləşərək Vətən uğrunda döyüşə mübarizəyə olduqlarını göstərdilər. İnstitutun elmi işçisi müharibə zamanı igid əsgər və zabitlərimizin cəsarət və vətənpərvərlik ruhunun tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazıldığını vurğulayıb.
Tədbirdə çıxış edən institutun baş direktoru AMEA-nın müxbir üzvü professor Oktay Qasımov Vətən yolunda canından keçən hər bir şəhidin xalqın yaddaşında əbədi yaşayacağını və onların göstərdiyi qəhrəmanlığın hər zaman böyük qürurla xatırlanacağını söyləyib.