Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bir şəhid ailənin tarixçəsi”ndən yaranan elegiya

Bu gün Nəriman Nərimanovun anadan olmasından 150 il ötür

Bakı, 14 aprel, AZƏRTAC

Bu gün Azərbaycanın görkəmli yazıçısı, dövlət və ictimai-siyasi xadimi Nəriman Nərimanovun anadan olmasının 150 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” 14 fevral 2020-ci il tarixli Sərəncamına əsasən görkəmli yazıçısı, dövlət və ictimai-siyasi xadimin yubileyi ölkəmizdə silsilə tədbirlərlə qeyd edilir. AZƏRTAC bu münasibətlə “Respublika” qəzetinin əməkdaşı, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirin məqaləsini təqdim edir. O, bu elegiyanı nərimanovşünüs-alim, professor Teymur Əhmədovun “Bir şəhid ailənin tarixçəsi” kitabından təsirlənərək qələmə alıb.

O, doğulduğu gündən şəhidliyə yol gedirdi. Uca Yaradan millətinin içində sevib-seçdiyi bəndələrindən biri kimi onu önə çəkdi. Çiyninə qoyduğu missiyası ilə seçdiklərinin sırasında bərqərar etdi, əyninə şəhidlik libası biçdi. Pak libasında o, qəlbinin istəyi, şüurunun dərkilə fədakar bir ömrə yolçuluq etdi. Bu mübariz insan cəfalar, əziyyətlərlə süslü şərəfli bir həyat yaşadı... və bitdiyi andan əbədiyaşarlığa qovuşdu...

Həmişə ona təəssüf edirəm ki, biz bəzən tarixi hadisələrə və şəxsiyyətlərin fəaliyyətinə qiymət məqamında böyük yanlışlıqlara yol veririk. Sonradan tarixi dərindən araşdırmağa, həqiqəti üzə çıxarmağa, səhvlərimizi düzəltməyə nəinki bir ömür, yüzillər belə bəs etmir. Bununla da, səhv düşüncələrimizi gələcək nəsillərə ötürür, onların həyata, hadisələrə, dövrün tarixi şəxsiyyətlərinə münasibətini yanlış mövqedən formalaşdırırıq. Niyə belə edirik? Zənnimizcə, bunun başlıca səbəbi qərinələrin, əsrlərin hadisələrinə və bu hadisələrdə yetişən şəxsiyyətlərə, onların amalları uğrunda mübarizələrinə öz dövrlərinin aynasından deyil, yaşadığımız zamanın prizmasından yanaşmağımızdır. Düşünmürük ki, mövzu ilə bağlı həmin dövrü öyrənmədən, faktları, sənədləri və hadisələri araşdırıb tədqiq etmədən fikir formalaşdırmaqla, əslində, tarixin özünə xəyanət etmiş oluruq. Halbuki, belə hallarda biz həmin dövrü öyrənməli, dərk etməli, tarixi yazanları (dahiləri, filosofları, dövlət xadimlərini, ədəbi şəxsiyyətləri...) öz dövrlərinin içində olduğu kimi tanıtmalı, qiymətləndirməliyik.

Bütün zamanlarda baş verən milli və bəşəri əhəmiyyətli hadisələrə, vətən və xalq naminə həyatını xalqın azadlığı, müstəqilliyi, inkişafı yolunda fəda edən insanların mübarizəsinə hər zaman açıq gözlə baxmalıyıq. Tarixi şəxsiyyətlərə öz əqidələrinin, ideyalarının işığında həssaslıqla yanaşmalı, onları məxsus olduqları siyasi, ictimai, ədəbi mövqedən qiymətləndirməyi bacarmalıyıq. Unutmayaq, tarix ləkə götürmür, yalana, saxtakarlığa, iftiralara öz səhifələrində yol vermir. Tarix zamanların mənzərəsini, hadisələrini güzgü kimi əks etdirir. Bəs, nədən biz çox vaxt onu olduğu kimi görmək və qəbul etmək istəmirik? Bu sualın cavabı birmənalı olmasa da burda təkzibolunmaz bir həqiqət də var ki, tarixi saxtalaşdırmaq, yaxud da məhv etmək mümkünsüzdür...

Millət yolunda daim ideoloji mübarizələrdə narahat bir həyat yaşayan tarixi şəxsiyyətlərdən biri də yazıçı, publisist, maarifçi-pedaqoq, həkim, görkəmli dövlət xadimi, ən ümdəsi də alovlu vətənpərvər, böyük azərbaycanlı Nəriman Nəcəf oğlu Nərimanovdur. Təbii ki, bu böyük şəxsiyyətin həyat yolu, vətəninə, xalqına xidməti gəncliyimiz üçün əsl örnəkdir. Bu yazıda görkəmli dövlət xadiminin yaşadığı keşməkeşli həyatı bir başqa aspektdən təqdim etmək istəyində olduğumdan düşüncəmdən keçən belə bir sual məndə maraq doğurdu: qaranlıq bir mühitdə aydınlıq axtarmaq, bütün Şərqə nur çiləmək istəyi bu bəşəri amallarla yaşayan azadlıq aşiqində hardan və nədən başladı? Bu ritorik suala cavab verməkdən ötrü onun həyatından bəzi məqamlara fərqli bir prizmadan nəzər yetirmək də öz zəruriliyini doğurur.

N.Nərimanovun ilk gəncliyindən görüb müşahidə etdiyi mənzərədə xalqın avamlıq, nadanlıq mühitində boğulduğu həyat, ürəksıxıcı, qaranlıq bir aləm görünürdü. Aydın təfəkkürə malik bəsirətli gənc bu tabloya açıq, əlvan rənglər vurmaq istəyində oldu. Bu vətəndaşlıq missiyası onun ilk arzusu idi və bu ali məqama doğru o, inamla yol gedərək böyük bir mübarizənin önündə oldu. Zəkasının dərki, fəhmilə duydu ki, məsləki yolunda fədakarcasına çalışan mücahid məqsədinə doğru ictimai şüuru, qəlbinin istəyi, mənəvi aləminin daşqınları ilə getdiyindən xalqına fayda verə biləcəkdi. Fəqət, onu da gördü ki, bu yolda zəhməti, möhnəti çox ağır olacaqdı. O, bundan qorxmadan xalqının azadlığı uğrunda hər cür çətinliyə, məşəqqətlərə qatlaşırdı, çünki sürətlə ötüb-keçən vaxtı boşa vermədən bu mübarizədə olmaq idi amalı...

Öz taleyini qovğalar içərisində olan bu böyük insanla birləşdirən ömür-gün yoldaşı Gülsüm xanım da həyatı boyu ona mənəvi, fiziki dayaq oldu... Onlar ailə səadətini milli-bəşəri ideallarla yaşamaq, birgə mübarizə aparmaq əzmində gördülər... Ailədə ilk nübar sevincini, qız övladını itirəndən sonra Uca Yaradan onlara bir oğul payı bəxş etdi. Ərlə arvadın gözlərində yeni bir işıq sayrışırdı. Bəlkə də bu işıq ona görə yanmışdı ki, onların mübarizəsinə yeni bir güc gətirsin. Ailənin oğul övladı da bu ideyaların davamçısı kimi yetişəcəkdi. Nəcəfin dünyaya gəlişi ilə bu əbədi yolda daha bir fikir-ideya daşıyıcısı ailə mühitində formalaşacaqdı. Onlar qarşıdakı yolda daha böyük güclə çalışmaqdan ötrü gözlərinin nuru bircə balalarını da bu ruhda tərbiyə edəcəkdilər. Zatən fədailərin amalı, xalqın azadlığı, müstəqilliyi yollarında güclərini birləşdirmək, möhkəmlətməkdi. Nəcəf də dünyaya gəlişində bu amalı canında-qanında daşıdı...

N.Nərimanovun məqsədi təkcə öz xalqını deyil, bütün məzlum xalqları həyatda azad, müstəqil və xoşbəxt görmək idi. Alovlu vətənpərvər gecəsini gündüzünə qataraq, dinclik bilmədən Vətənin, millətin, həmçinin Şərq xalqlarının azadlığı yolunda ömrünün sonuna qədər ictimai şüurunun aydınlığında mübarizə apardı. Bu amal ilk gəncliyindən inqilabi mübarizələrdə bərkiyən, mətinləşən Vətən oğlunu ağır və əziyyətli bir yolun yolçusu etmişdi. Sonradan, qeyd etdiyimiz kimi, doğma ailəsi - həyat yoldaşı Gülsüm xanım, yeganə övladı Nəcəf bu yolda ən sədaqətli yoldaşları, davamçıları oldular.

N.Nərimanov özünün vətənçilik əxlaqı, milli və bəşəri amallarla süslü olan qəlbinin istəyilə xalqını aydınlığa çıxarmaqdan ötrü pedaqoji, ədəbi-publisistik yaradıcılığı, siyasi-ictimai fəaliyyəti ilə həyatını bir çox istiqamətlərdən ideoloji mübarizəyə həsr etdi. Təmiz qəlbi, vicdanı ilə qoşulduğu bu mübarizədə haqqı-ədaləti tanımaq istəməyən, xalqlar arasında nifaq salan, özgə torpaqları hesabına öz ərazisini genişləndirməyə çalışan riyakar, qılaflı “dövlət xadimləri”ylə qarşı-qarşıya gəldi, xəyanətkarlarla üzləşdi. Bu, özünü bütün çılpaqlığı ilə həyatının Moskva dövründə daha açıq şəkildə büruzə verdi.

SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri N.Nərimanovun qəlbi bütün bəşəriyyətə açıq idi, bu səbəbdən də o, beynəlmiləlçiydi, ürəyində bolşevizmə, onun ideyalarına sidq ürəkdən inanırdı. Baş planda vəd edildiyi kimi, guya bütün respublikaların azad, müstəqil dövlət kimi yaşayacaqlarına inandığından qəlbində kök salmış arzularını həyata keçirəcəyinə, Azərbaycanın müstəqilliyinə əminliyi böyük idi. Amma hiylədən, məkrdən uzaq olan bütöv əqidəli, saf niyyətli ictimai-siyasi xadim, “Zaqafqaziya üçün milli sülh uğrunda mübariz” olan N.Nərimanov irticaçı Bolşevik Partiyasının gizli niyyətlərindən xəbərsiz idi. Odur ki, özünün nizamlı fəaliyyəti, ciddi əxlaqı, xarakteri ilə Sovetlər Birliyinin Baş Qərargahında əqidəsinə sadiq bir dövlət xadimi kimi çalışırdı. Bu ümdə xüsusiyyətləri ilə o, kommunist olmazdan əvvəl daşnak olan məkrli ermənilər, qaragüruhçular arasında tək idi. Onlar bu əqidə sahibinin səsini boğmağa, məhv etməyə çalışırdılar. O isə tutduğu vəzifənin məsuliyyətini dərk etdiyindən, həm də böyük ideallarla yaşadığından Şərq xalqlarının azadlığı uğrunda mübarizənin inqilabi rəhbəri kimi fəaliyyətini yorulmadan davam etdirirdi. Lakin irtica gücləndikcə, ideoloji müqavimətlə üzləşdikcə təkləndiyini görür, faciəsini dərk edir, sarsılırdı. Bütün bunlar onun qəlbini sıxır, acı təəssüf hissi keçirirdi. Bu sarsıntılara, ürək-qəlb ağrılarına məhəl qoymadan işinə davam etsə də təqiblər, xəyanətlər onu məhvə aparırdı. Lakin son dəfə gücünü toplayıb “MK-da qeyri-rus xalqların, eləcə də imperialistlərin əsarətinə və təxribatına məruz qalan, Şərq xalqlarının taleyinə biganəlik göstərən hakimiyyət düşkünlərinə qarşı tarana gedən” N.Nərimanov geniş və kəskin məruzəsi ilə onlara səsləndi... Doğulduğu gündən şəhidliyə aparan yol da onu həmin gün mənzil başına çatdırdı. 1925-ci il mart ayının 19-da, axşam saat 8:30-da “Şərqin simvolu”, “Qoca Şərqin Nərimanı” kimi tanınan azadlıq mücahidinin ürəyi dayandı...

Xalq üçün, onun nurlu sabahları yolunda bütün həyatından keçən belə bir oğulu necə sevməmək olar!

İndi növbə Gülsüm Nərimanovanın idi. Məslək yoldaşının arzularına, ideyalarına sadiq olan bu vəfalı qadının yolu da ərinin getdiyi şəhidlik yoluydu. Amma Uca Yaradan ona bir qədər möhlət verdi ki, Nərimanın oğul yadigarı, körpə Nəcəfi onun vəsiyyət etdiyi kimi, milli-bəşəri ruhda, vətənin azadlığı yolunda mübariz bir vətən övladı kimi yetişdirsin. Düşündü ki, ərindən sonra dərd içində özünü məhv etməyə mənəvi haqqı yoxdur, qarşıda onu böyük işlər gözləyir. Özünü toparlayıb həyatına davam etməli, acılar, çətinliklər içində olsa da, atasının əqidəsinə sadiq, vətənə (təəssüf ki, həmin dövrdə Vətən SSRİ-ni əhatə edirdi) layiq bir oğul böyütməlidir. Böyütdü, oğul atanın ona ünvanlanmış vəsiyyət məktubunda arzuladığı kimi bir qəhrəman oldu. Bu məktubun hər sətri, sözü onun üçün yaşam qanunu idi. Ata yazmışdı: “Əziz oğlum Nəcəf! Əgər ömür vəfa qılsa, çalışacağam səni elə hazırlayım ki, bəşəriyyət üçün daha çox iş görəsən. Ancaq taleyin hökmü ilə tezliklə əbədi məskənə köçəsi olsam, onda səndən xahişim bu olur ki, heç olmasa daim özgələrin dərd-sərini çəkən atan kimi cüzi işləri yerinə yetirəsən...”

Kiyev tank məktəbini bitirən Nəcəf hərbi texnikaya dərindən yiyələndi, Qərbi Ukraynaya hərbi tank diviziyası polklarının birinə hərbi xidmətə göndərildi. O, Hərbi Akademiyada təhsilini davam etdirmək arzusunda idi, lakin 1941-ci il iyunun 22-də səhərin gözü açılmamış müharibənin başlanması, arzusunu xəzana döndərir. Həmin gündən taleyinə yağan kədərli, qara yağışlar ara vermədi. Od-alovun içində ağır döyüşlərin birində iki ayağından yaralandıqdan sonra Saratov hərbi xəstəxanasında, sonra Qorkidə müalicə alan, bundan sonra da bir ay Moskvada müalicə olunan Nəcəf Nərimanov yenidən cəbhəyə qayıdır. Stalinqradda, Saratovda qızğın döyüşlərdə kədər yağışlarının qovub gətirdiyi qırmızı ölüm gənci qarabaqara izləyir və Volnovaxa şəhərinin döyüş meydanında onu yaxalayır...

Ərindən sonra Gülsüm xanımın ürəyinə oğul dağı çəkilir, balası şəhid olur. Bundan sonra necə yaşayacaq? İşıqlı dünyada tək, kimsəsiz qalan Gülsüm xanım gecə-gündüz Nəcəf deyib, inildəyir: “Nəcəf, mənim yeganə oğlum, sən haradasan, bu vəhşilər sənə nə etdilər? Axı üç ildir ki, gözləyirdim. Sən qayıdacağına söz vermişdin. Məgər, anaya verilən vədi bu cür yerinə yetirərlər?..” Amma bu mükəddər, dözümlü, dəyanətli qadın keçirdiyi ağır sarsıntılardan, xəstəlikdən sonra özünə qayıtmağı bacarır. Həyatda dağdan ağır dərdləri ilə göynəyən Gülsüm xanım iki əziz adamının, şəhidlərinin yarımçıq qoyduğu işlərin mənəvi davamçısı kimi xəstəliklərlə çarpışa-çarpışa özündə yaşamağa qüvvə tapır. Həmin vaxtlar qohumlarına yazırdı: “Mən özüm başa düşdüm ki, yeganə çıxış yolu canını, qanını Vətənin müdafiəsinə Nəcəf kimi qurban verənlərə qayğı və nəvaziş göstərməkdir. Təəssüf ki, indi xəstəyəm. Amma sağalan kimi bu dəhşətli dərd üz verənədək işlədiyim hərbi xəstəxanaya gedəcəyəm”. Və bundan sonra Gülsüm Nərimanova son gücünədək həyatını qaynar ictimai fəaliyyətə həsr etdi. Burdan belə sənədlərin izi, müşayiəti ilə həyat tarixçəsini vərəqləyəndə onun gördüyü işlərin miqyası, dəyəri adamı heyrətləndirir. Xəstə qadın sanki itirdiklərinin yerinə də işləməyi, düşünməyi özünün mənəvi, fiziki borcu bilir. Həyatda üzləşdiyi amansızlıqlar Gülsüm xanımı əysə də, sındıra bilmir. O, şəhidlərinin xatirəsini yaşatmaq üçün ərinin bütün qiymətli əşyalarını muzeyə bağışlayır, arxivini səliqəyə salır, oğluna məxsus olan hər şeyi, hətta kitablarını da Uşaq evinə verir. Budur əqidəli olmaq!

Gülsüm Nərimanova, qəlbində daşıdığı ağır dərdləri, nisgili ilə 1953-cü ildə Moskvada əbədiyyətə qovuşur... Sözün mütləq mənasında Tanrı Nərimanovlar ailəsinin taleyinə şəhidlik yazmışdı...

Ailə şəkillərinə baxıram... Bu üç nəfərin birinin də gözündə, üzündə bir rahatlıq, təbəssüm görmürəm, onlar hər yerdə səksəkəli, kədəlidirlər. Gözlərindəki narahatlığı oxuyur, hiss edirəm, ürəyim ağrıyır, düşünürəm, insan ömründə azacıq da olsa, ailə səadətinin şirinliyini duymazmı, yaşamazmı... yaşayar, amma Nərimanovlar ailəsi yaşamadı. Onlar həyatlarının mənasını əqidələri, amalları yolunda mübarizədə gördülər və son mənzilədək ümdə sevdalarının ağuşunda çırpına-çırpına, yana-yana yaşadılar...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 may tarixli 665 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb

Borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi mexanizmi müəyyənləşdirilir

Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır

Beynəlxalq platformalarda sədrlik Azərbaycanın xarici siyasətində yeni imkanlar yaradır ŞƏRH

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçi ilə müqavilənin müddətini uzadıb

Respublika Olimpiya İdman Liseyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub

Hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

“Texniki tənzimləmə haqqında” Qanuna yeni maddə əlavə edilir

İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”

Hava gəmisi heyətinin uçuş vaxtı, iş vaxtı və istirahət vaxtı tənzimlənəcək

Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib

“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib

Kiprin iki icmasının liderləri BMT Baş katibinin təşəbbüslərini müzakirə edəcəklər

“Bug bounty” proqramına start verilir

Balıqçılıq sahəsində nəzarət və aqrar müəssisələr üçün ƏMTQ meyarları dəyişdirilir

Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb VİDEO

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb VİDEO

Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü qeyd olunub

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub

Parlament Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib

Milli Məclis Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında sazişi təsdiqləyib

Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram

“Bakı Metropoliteni” QSC: “Sabah”ın matçı ilə əlaqədar Qırmızı xətdə iş rejimi dəyişdiriləcək

Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

® “Bir” rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

® PAŞA Holding tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2026-2027-ci tədris ili üçün açılış tədbiri keçirilib

ÜST epidemioloji təhlükələrin vaxtında aşkarlanmasını hədəfləyən yeni strategiya elan edib

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib

Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günü qeyd olunur

Azərbaycanda ÜDM istehsalı 1,5 faiz artıb

Gürcüstan və Özbəkistan rəsmiləri Orta Dəhlizin perspektivlərini müzakirə ediblər

Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq

Tozsoran və soyuducular da hakerlərin hədəfində: minlərlə cihaz uzaqdan idarə oluna bilər

İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair memorandum təsdiqlənib

Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb

“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 13 oktyabr

Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Vüsal Xəlilov: Ani Ödənişlər Sistemi genişləndiriləcək və fintexlər üçün yeni imkanların yaradılacaq

BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır

Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri – ŞƏRH

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

İtaliyanın Baş naziri yanacağın qiymətlərinin artması ilə bağlı Avropa İttifaqı rəhbərliyinə müraciət edib

Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir

Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov

Gürcüstan Müdafiə Qüvvələrinin sayı gələn il 37 min nəfər olacaq

Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Milli Məclisin sədri: Parlamentin üzvləri kimi dövlətimizin möhkəmləndirilməsinə kömək göstərməliyik

Qara dəniz sahillərində gəmilərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar

Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq

Səudiyyə Ərəbistanı paytaxtının hava limanı bu həftə bağlı qalacaq

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNƏCƏK

“Layihə idarəetməsi” modulu üzrə təlimlərə başlanılıb

Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb VİDEO

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb VİDEO

Cənubi Azərbaycan folklorunun aktual problemlərinə dair seminar təşkil edilib

Baş katib: OPEC neft tələbatının artım proqnozunu sutkada 400 min barelə endirib

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib

Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Fransada yükdaşıma şirkətləri dizelin bahalaşmasına etiraz edir

Milli Məclisdə 13 məsələnin müzakirəsinə başlanılıb

Naxçıvanda vergiödəyicilərinin sayı 7 faizədək artıb

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Baş məşqçi: Slovakiya klubu ilə matçda daha yaxşı oyun göstərməyə çalışacağıq

OPEC+: İran müharibəsi neft daşımalarının xərcini rekord həddə çatdırıb

Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb

Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar

Politoloq: MDB-yə sədrliyin 2028-də Azərbaycana keçməsi üzv dövlətlər üçün mühüm fürsət olacaq

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir VİDEO

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir VİDEO

Azərbaycanda vergiödəyicilərinin sayı 4,6 faiz artıb

Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub VİDEO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Məktəblərdə vahid geyim forması: dünyəvilik, sosial bərabərlik və tolerantlıq prinsipləri

Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək

İqor Ponomaryov: Düşünürəm ki, futbolçular bu dəfə daha inamlı çıxış edəcəklər

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

Daha bir qrup ukraynalı uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaq üçün ölkəmizə gətirilib

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub VİDEO

Fransa Hind okeanında “kölgə donanması”na qarşı əməliyyat keçirib, neft tankeri saxlanılıb

BMT Baş Assambleyasında pandemiya bəyannaməsi qəbul edilib

"ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Asiya İnkişaf Bankı “Bakı Metropoliteni” QSC-yə 302 milyon dollar kredit ayırıb

Bu ilin ilk 8 ayında əhaliyə 65 milyondan çox tibbi xidmət göstərilib

Bakıda türk dövlətlərinin maliyyə və fintex sektoruna dair müzakirələr aparılır VİDEO

Bakıda türk dövlətlərinin maliyyə və fintex sektoruna dair müzakirələr aparılır VİDEO

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı

® ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək