Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir ukraynalının taleyi

Berlin, 11 may, AZƏRTAC

Keçmiş “ostarbayter” (Şərqdən gələn fəhlə) və Osvensim məhbusu ukraynalı Yakov Lomaka alman KİV-lərinə II Dünya müharibəsi zamanı əsir düşərgəsində başına gələnlər və almanlara olan indiki münasibəti haqqında danışıb. Doxsan dörd yaşlı Yakov rəqəmləri almanca tələffüz edərək deyib: “130295 - mən düşərgədəki bu nömrəmi həyatım boyu unutmadım. Düşərgədə onu söyləmədən yemək almaq olmazdı. Bizim adımız yox idi, yalnız nömrəmiz vardı”.

SSRİ və nasist Almaniyası arasında müharibədən əvvəl Yakov Lomaka Çerkassk vilayətinin Qavrilovka kəndində yaşayırdı. 1942-ci ildə almanlar gəncləri işləmək üçün “üçüncü reyx”ə getməyə təşviq edirdilər. Hətta 16 yaşlıları da işə götürürdülər. Ukraynalılar getməyə həvəsli deyildi, ona görə onları güclə, yaxud aldadaraq aparırdılar. Ukrayna arxivlərində olan məlumatlara görə, 1942-1944-cü illərdə bu gün Yakovun yaşadığı Kiyev vilayətinin Pereyaslavsk rayonundan beş minə yaxın insan Almaniyaya göndərilib.

Yakov Yakovleviç deyir: “1942-ci ilin mayında bizi - 30-dək yeniyetmə oğlanı Kiyev yaxınlığındakı Borispolda topladılar. Əvvəlcə bizə Almaniyaya getmədən qaldığımız yerdə işləmək üçün sənəd verdilər. Lakin sonra rəislərdən biri dedi: “Hər halda, Almaniyaya göndərmək üçün bizə beş nəfər lazımdır”. Məni və daha dörd nəfəri mühafizə altında qatara apardılar”.

Yakov ümid edirdi ki, onu bir kəndli kimi kənddə fermerlərin yanına işləməyə göndərəcəklər. Lakin onu Sileziyadakı kömür şaxtasına gətirirlər.

Y.Lomaka xatırlayır: Burada bizi ələ salırdılar. İki nəfər mülki şəxs bizə başçılıq edirdi. Onlar kömür laylarını qazır, parçalayır, bizi isə tağ-tavanın uçmasına qarşı bərkitmə işlərini sonra görəcəkləri bəhanəsi ilə kömür daşımağa məcbur edirdilər. Lakin bir dəfə uçqun iki hərbi əsirin ölümünə səbəb oldu. Mən anladım ki, buradan sağ çıxmaq mümkün deyil və qaçmağa qərar verdim”.

Qaçmağı bacaran 18 yaşlı gənci velosipedli jandarm Polşa general-qubernatorluğu ilə “üçüncü reyx” arasında saxlayaraq alman sərhədçilərinə təhvil veriblər. Qaçmağa görə Yakovu güllələnmə gözləyirdi. Lakin bunun əvəzinə onu Osvensim ölüm düşərgəsinə göndərdilər.

Yakov deyir: “Orada, aralarında 10-12 il ayrı-ayrı düşərgələrdə olmuş almanlar da daxil olmaqla, müxtəlif millətlərdən məhbuslar vardı. Hər kəsə müvafiq “vinkel” (həbs düşərgələrində üçbucaqlı tikmə nişan) verilmişdi. Sabotajçı kimi mənimki qara rəngdə idi. “Siyasətçilərə” qırmızı, cinayətkarlara isə yaşıl “vinkel” tikilmişdi. “OST” tikmə nişanları isə yalnız əmək düşərgələrindəki mülki şəxslərə məxsus idi. Həbs düşərgəsində olanların əllərində döymə nömrə də olurdu”.

O, Osvensim şəhərində xəndək qazan 50 dustaqdan biri idi. Həmin yerdə şəhər kanalizasiyasının tullantılarından bio-yanacaq istehsal etmək istəyirdilər. Yakovun sözlərinə görə, daim ac olduqları üçün işləməyə gücləri qalmamışdı. Bu, obyektləri vaxtında təhvil verə bilməyən ustaları özündən çıxarırdı.

Bir dəfə bir alman Yakovdan Ukraynaya almanca məktub göndərməyi xahiş edib. Bu yolla düşərgədəki senzuradan yan keçmək olardı. Artıq söz yazacağı və anasının dözə bilməyəcəyi qorxusu ilə Yakov bundan imtina edib. Lakin buna baxmayaraq, məktub göndərilib və o, bir müddət sonra evdən içərisində suxarı olan kiçik bağlama alıb.

Yakov xatırlayır: “Bunlar quru, evdə hazırlanmış kiçik qoğalcıqlar idi. Amma onları anam bişirmişdi və çox dadlı idilər. Onları tikə-tikə sorurdum. Həmin məktub yetişmişdi və onu almanca bilən xalam oxumuşdu. Doğmalarım aclıq çəkdiyimi biləndən sonra anam bunları toplaya bilmişdi”.

1944-cü ildə Osvensimdə ancaq yəhudilərin və ağır vəziyyətdə olan xəstələrin saxlanılması, qalanların başqa düşərgələrə göndərilməsinə dair əmr gəldi. Beləliklə, mən Avstriyadakı Mauthauzenə, sonra Lintsdəki tank zavoduna göndərildim.

Yakov sonra deyir: “Bizi, peşəsi olmayan 30 nəfəri yolları təmir etmək üçün “Lints-2” düşərgəsinə göndərdilər. Bir aydan sonra isə tanklar üçün ox və yarımox ştamplayan sexdə işləməyə başladıq. 1945-ci ildə müttəfiqlərin aviasiyası zavodu tez-tez bombalayırdı. Növbəti bombardman zamanı fəhlələri sığınacağa saldılar, mühafizəçilər isə istehkamda gizləndilər. Bombalardan biri su kəmərini dağıtdı və sığınacağı su basdı. Mühafizəçilər bizi buraxdı, hətta bizə elə gəldi ki, bombardmandan sonra onlar bizə qarşı mehriban oldular”.

1945-ci il mayın 4-də Lintsin hərbi komendantının əmri ilə dustaqları Dunayın o biri tayında mağaralara aparmaq və partlatmaq üçün kolonnalara düzdülər. Lakin komendantın köməkçisi ona Berlinin süqut etdiyini və Hitlerin öldüyünü deyir və əlavə edir: “Doğrudanmı biz bu cinayəti törədəcəyik”? Yakov Yakovleviç gözlərini qıyaraq xatırlayır: “Biz, zavodda 1400 nəfər idik. May ayı, ətrafda çiçəklərin açdığı və hər şeyin gözəl olduğu bir vaxt idi. Biz isə mağaraların yanında təpədə oturub nə zaman öləcəyimizi düşünürdük. Elə bu vaxt bildirdilər ki, Lints təslim olub və biz özümüz konvoyu tərksilah etdik. Bir-iki gün sonra isə amerikalılar gəldi”.

Müharibədən sonra Yakovu nasistlərlə əməkdaşlıq etməsi şübhəsi ilə NKVD-də dindirib, bunun ardınca Şərqi Almaniyaya, daha sonra Donbasa işləməyə göndəriblər. Sonralar kənd təsərrüfatı üzrə peşə məktəbini bitirən gənc 30 il mexanizator işləyib.

Bu yaxınlarda Yakovu və digər keçmiş “ostarbayterləri” məktəblilər qarşısında çıxış etmək üçün Almaniyaya dəvət ediblər. Məktəblərin birində ondan soruşublar ki, əgər düşərgələrdə vəziyyət belə ağır olubsa, nə üçün o, intihar etməyib?

Təqaüdçü deyir: Mənim nitqim kəsildi. Onlara dedim, doğrudanmı siz gənclər həyatla vidalaşmaq istəyirsiniz? Sizin yaşınızda biz sadəcə yaşamaq istəyirdik. Bəli, ac idik, başımızda digər bəlalar vardı, amma biz hər şeyin düzələcəyinə ümid edirdik”.

Yakov Lomaka “ostarbayter” və həbs düşərgəsi məhbusu kimi AFR hökumətindən aldığı təzminatın bir hissəsini uşaqlara bağışlayıb, qalanına isə oğlunun yanında kiçik bir ev alıb. Bu gün da Yakov Yakovleviç kiçik təsərrüfatında işləyir və velosipedlə kənd mağazasına gedir. Müharibə və əmək veteranı kimi dövlətdən ayda 3100 qriven (təqribən 96 dollar) təqaüd alır.

O, başına gələnlərə baxmayaraq, Almaniya və almanlar haqqında hörmətlə danışır: “Zəhmətsevər insanlardır, müharibədən sonra dağıntıları tezliklə bərpa etdilər və indi bir çoxlarına yardım edirlər. Yaxşı xalqdır. Lakin onların rəhbərləri pis olub. Sağ olsunlar ki, nasizmi lənətləyə və yeni həyata başlaya bildilər”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Hacıqabulda açıq ərazidə yanğın başlayıb VİDEO

Hacıqabulda açıq ərazidə yanğın başlayıb VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir

LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib

Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək

Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb

XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

Seymur Məmmədov: Azyaşlılar qanunda təklif olunan dəyişikliklər barədə düzgün maarifləndirilməlidir

Ekspert: Uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi davamlı maarifləndirmə tələb edir

Sosial şəbəkədə yaş qadağasına əməl olunmasına ciddi nəzarət ediləcək

İnformasiya təhlükəsizliyi sahəsindəki islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır - RƏY

Şəhid və Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları Azərbaycanın enerji tarixi ilə tanış olublar

U-21 millisinin baş məşqçisi: Eqosunu komandadan üstün tutan futbolçunun yığmada yeri olmayacaq

Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT

Nazir müavini: Bir çox valideyn uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

BMU və İCMA arasında birgə fəaliyyət istiqamətləri müəyyənləşib

Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub

Azərbaycanın enerji diplomatiyası: Qlobal enerji təhlükəsizliyinə inteqrasiya olunmuş strateji inkişaf modeli - ŞƏRH

Azərbaycanla Yaponiya arasında əməkdaşlıq dərinləşir

Azərbaycan uşaqların maraqlarını və təhlükəsizliyini prioritet hesab edən hüquqi mexanizmlər formalaşdırır – ŞƏRH

Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib

Agentlik: Yeni təmayül tədris modeli ali təhsilə hazırlığı daha əlçatan edir

Elmir Vəlizadə: Qanun layihəsinin əsas mahiyyəti uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasıdır

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

“Uşaqlar və Hüquq” – Yeni kitab təqdimatı

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

“Azəriqaz”ın baş direktoru Cəbrayılda vətəndaşların müraciətlərini dinləyəcək

Bahar Muradova: Uşaqların hüquq düşüncəsinin formalaşdırılması onların gələcəyi üçün mühüm investisiyadır