İDMAN
Birinci Avropa Oyunlarının badminton yarışlarında iki dəst medalın sahibləri müəyyənləşib
![](/files/galleryphoto/2015/2/1200x630/14354212496164563743_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354212496150344735_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354212494068541008_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435421250218043020_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354212502279338441_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354212502123336346_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354212506430664400_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354212505632549970_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354212505887735973_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354212503025556081_1200x630.jpg)
Bakı, 27 iyun, Raisə Abbasova, Həsrət Mahmudova, AZƏRTAC
İyunun 27-də Bakı İdman Sarayında birinci Avropa Oyunlarının badminton yarışlarında iki dəst medalın sahibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, qadınlar arasında fərdi yarışların yarımfinalında danimarkalı Line Kyaersfeldt Bolqarıstan idmançısı Petya Nedelçevanı, belçikalı Lian Tan ispaniyalı Klara Azurmendini məğlub edərək finala yüksəliblər.
Qarışıq cütlüklər arasındakı yarımfinal görüşlərində isə İrlandiya-Fransa və Danimarka-Almaniya qarşılaşmaları oynanılıb. Finala fransalı Qaetan Mittelheisser-Odri Fonten və danimarkalı Niklas Nor-Sara Tigesen duetləri vəsiqə qazanıb.
Kişilər arasında fərdi yarışlarda isə danimarkalı Emil Holst almaniyalı Dieter Lomke üzərində qələbə qazanaraq finala adlayıb. Digər görüşdə isə ispaniyalı Abian Pablo litvalı Naviçkas Kestutisi məğlub edərək finalda oynamaq hüququ əldə edib.
Qadınlar arasında cütlüklərin yarışında qızıl medal uğrunda görüşdə Bolqarıstan təmsilçiləri Stefani və Qabriela Stoeva Rusiya badmintonçuları Yekaterina Baltova - Yevgeniya Kosetskaya duetinə 21:12 və 23:21 hesabı ilə qalib gələrək birinci Avropa Oyunlarının qalibi adını qazanıb.
Kişi cütlüklərin yarışında isə Danimarka təmsilçiləri Matias Boe və Karsten Moqenson birinci, rusiyalı badmintonçular İvan Sozonov - Vladimir İvanov ikinci, Almaniya atletləri Andreas Henz - Rafael Bek və irlandiyalı Sem və Coşua Maqqi qardaşları üçüncü olublar.