DÜNYA
Birləşmiş Ştatların neft ehtiyatları artıb
Bakı, 30 yanvar, AZƏRTAC
ABŞ-ın xam neft ehtiyatları çoxalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 3,5 milyon barrel (0,8 faiz) artaraq 431,7 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 482 min barrel çoxalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 0,4 milyon barrel azalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək 635 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları hesabat həftəsində 1,2 milyon barrel (0,5 faiz) artaraq 261,2 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 1,3 milyon barrel artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,7 milyon barrel çoxalmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]
Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb
- 10.05.2024 [13:26]
Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər
- 10.05.2024 [12:55]