“BİRLİKBANK” SƏHMDAR BANKI İPOTEKA KREDİTLƏRİ VERİLMƏSİNİ BƏRPA ETMİŞDİR
Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu il paytaxtda 16 mərtəbəli binanın tikintisinin başlanması ilə eyni vaxtda bu maliyyə qurumu artıq 120 ipoteka krediti ayırmışdır. İlk mərhələdə mənzilin bir kvadratmetri kredit almış müştərilərə 160 ABŞ dollarına başa gəlmişdir. Vəsait “Birlikbank”da depozit hesabı olan (bankın mütləq şərti) və bu binada mənzil alan müştərilərə verilir. Binanı yerli “Xudafərin” inşaat şirkəti tikir və onu gələn ilin üçüncü rübündə başa çatdırmaq nəzərdə tutulmuşdur.
Bank ipoteka kreditlərini illik 10 faizlə iki ilə verir, yeni mənzil isə girov qoyulur. Mənzilin alınması barədə müqavilə imzaladıqdan sonra onun dəyərinin 30 faizini müştəri, qalan 70 faizini isə bank ödəyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]
Dünya birjalarında neft ucuzlaşıb
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]