Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bişkekdə “Müsəlman dünyasının ilk dünyəvi parlamentli dövləti” adlı beynəlxalq konfrans keçirilib

Bişkek, 28 iyun, АZƏRTAC

Azərbaycanın Qırğızıstandakı səfirliyi və Yusup Balasaqun adına Qırğızıstan Milli Universitetinin (QMU) birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr edilmiş “Müsəlman dünyasının ilk dünyəvi parlamentli dövləti” adlı beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Qırğızıstanda akkreditasiya edilmiş diplomatik nümayəndəliklərin başçıları və əməkdaşları, universitetin rəhbərliyi və professor-müəllim heyəti, tələbələr, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Konfransa gələn qonaqları Azərbaycan və qırğız milli geyimlərində olan gənclər qarşılayıb. İştirakçıların diqqətinə Azərbaycanın tarixi və həqiqətlərini əks etdirən kitab sərgisi təqdim edilib.

Əvvəlcə Azərbaycan və Qırğızıstanın dövlət himnləri səslənib.

Universitetin rektoru Kanat Sadıkov AXC-nin fəaliyyətindən danışıb, rəhbərlik etdiyi təhsil ocağında mühüm tarixi hadisəyə həsr olunmuş konfrans keçirilməsindən məmnun olduğunu bildirib.

Sonra Bakı Dövlət Universitetinin rektoru, professor Abel Məhərrəmovun konfrans iştirakçılarına videomüraciəti səsləndirilib. Rektor müraciətində bildirib ki, 1918-ci il mayın 28-də AXC-nin yaranması Azərbaycan xalqının tarixində mühüm hadisədir. AXC-nin önəmli işlərindən biri də Bakı Dövlət Universitetinin yaradılması olub. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən BDU-nun 100 illik yubileyi dövlət səviyyəsində, o cümlədən UNESCO və ISESCO tərəfindən Paris və Rabat şəhərlərində keçiriləcək. O, həmkarı Kanat Sadıkovu yubiley tədbirlərinə dəvət edib.

Daha sonra konfrans iştirakçılarının diqqətinə AXC-nin tarixi və baniləri barədə videosüjet təqdim olunub.

Rusiya Federasiyasının Qırğızıstandakı səfiri Andrey Krutko AXC-nin yaranması dövründə regionda beynəlxalq vəziyyət və gərgin tarixi şərait haqqında danışıb, Azərbaycan xalqının əzmi nəticəsində müstəqil dövlətin yarandığını deyib. Diplomat Azərbaycanın inkişafı haqqında söhbət açıb, Rusiyanın Azərbaycanın dostu olduğunu bildirib.

Qırğızıstanda səfərdə olan Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu ölkəsinin Bişkekdəki səfiri Cengiz Kamil Fırat ilə tədbirdə iştirak edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından və öz adından konfransda iştirak edənlərə salamlarını çatdıran Yalçın Topçu tədbirə qatılmağından məmnunluğunu ifadə edib. O qeyd edib ki, müstəqillik əldə edən Azərbaycana göstərilən təsirlərə baxmayaraq, Azərbaycanın yüksələn bayrağı bir daha enmədi və xalqın qəhrəmanlığı sayəsində bir daha enməyəcək.

Qazaxıstanın bu ölkədəki səfiri Kərim Kokrekbayev deyib ki, AXC-nin yaranması ölkədə gedən ictimai-siyasi və mədəni proseslərin məntiqi nəticəsi idi, o zaman respublikanın gördüyü işlər gələcək müstəqillik üçün təməl yaradıb, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan bu zəngin ənənələrdən istifadə edib. Qazaxıstan-Azərbaycan münasibətlərinə toxunan səfir Xəzəryanı ölkələrin Qərb və Şərq arasında körpü olduğunu, Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə qoşulması ilə regional və beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdiyini bildirib.

Səfir Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin 2017-ci ilin aprelində Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərimizdə yeni imkanlar açdığını vurğulayıb.

Türkmənistanın Qırğızıstandakı səfiri Şadurdı Meredov Azərbaycan xalqını AXC-nin 100 illiyi münasibətilə təbrik edərək, bunun tarixi hadisə olduğunu, bu günün Azərbaycanın öz müstəqilliyinin əsaslarını qoyduğunu deyib. Türkmənistan-Azərbaycan münasibətlərinə toxunan diplomat qeyd edib ki, ölkələrimizi bağlayan qardaşlıq telləri hazırda həyata keçirilən irimiqyaslı nəqliyyat-tranzit dəhlizləri və digər layihələr sayəsində daha da möhkəmlənir, qlobal və regional təhlükəsizliyə öz töhfəsini verir.

Konfransda universitetinin professoru, tarix elmləri doktoru Zayraş Qaliyeva "Müstəqil Azərbaycan: dövlət müstəqilliyinin bərpası və qorunması", dosent, tarix elmlər namizədi Turdubek Şeyşekanov “Sovet hakimiyyətinin ilk illərində Mərkəzi Asiyanın türkdilli xalqlarının və Azərbaycanın müstəqillik mübarizəsi”, baş müəllim Asılbek Orozov "Müasir dövrdə Qırğızıstan-Azərbaycan mədəni əlaqələrinin inkişafı" mövzularında məruzələrlə çıxış ediblər.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov 100 il əvvəl yaranan və cəmi 23 ay yaşayan AXC-nin müsəlman Şərqində ilk dünyəvi parlamentli demokratik respublika olduğunu vurğulayıb, Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı Sərəncam imzaladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Azərbaycan xalqının tarixinin bu şanlı günlərinin müsəlman dünyasının salnaməsinə qızıl hərflərlə yazıldığını qeyd edib.

Diplomat bildirib ki, AXC-nin siyasi sisteminə, demokratik dövlət quruluşuna, həyata keçirildiyi islahatlara, eləcə də təyin etdiyi məqsəd və vəzifələrinə görə Avropanın ənənəvi demokratik dövlətlərindən geridə qalmayıb, Azərbaycan müsəlman dünyasında qadınlara seçki hüququ verən ilk ölkədir, hətta bu baxımdan Avropa və Amerikanın bir sıra ənənəvi demokratik dövlətlərini qabaqlayıb.

Səfir müstəqil Azərbaycanın AXC-nin siyasi və mənəvi varisi olduğunu və müstəqilliyinin bərpasından sonra AXC dövründəki kimi torpaqlarımızın erməni təcavüzü ilə üzləşdiyi, Ermənistanın təcavüzü nəticəsində ərazimizin 20 faizinin işğal edildiyini və 1 milyon soydaşımızın doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edib. H.Orucov 1993-cu ildə BMT Təhlükəsizlik Şurasının işğala son qoyulması, zəbt edilmiş torpaqların qeyd-şərtsiz azad olunması barədə qəbul etdiyi dörd qətnaməsinin hələ də yerinə yetirilmədiyini iştirakçıların diqqətinə çatdırıb.

Diplomat müasir Azərbaycanın tərəqqisindən, qitələrarası layihələrin həyata keçirilməsində iştirakından, dünya birliyindəki yerindən və mövqeyindən söz açıb.

Diplomat ölkəmizin Qırğızıstanla əlaqələrindən danışaraq bildirib ki, xalqlarımız etnik və tarixi əlaqələr, mədəniyyət, adət-ənənələr və dil birliyi ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Biz kökü bir, dili bir olan xalqlarıq, “Manas”ın dili - bizim ümumi dilimizdir”.

Səfir bu yaxınlığın daha səmərəli əməkdaşlıq üçün böyük imkanlar açdığını, əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinin ölkə rəhbərlərimizin siyasətlərinin prioritet istiqamətlərindən olduğunu qeyd edib.

Sonda səfir QMU-nə bu tədbirə ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib, sərgidə nümayiş etdirilən kitabları universitetin kitabxanasına hədiyyə etdiyini vurğulayıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır

YAP VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüraliyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir