“Biznes ideyası yarat və öz biznesinə başla” mövzusunda təlim kursları keçirilir
Bakı, 11 may (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün “Biznes ideyası yarat və öz biznesinə başla” mövzusunda təlim kursları keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Beynəlxalq Əmək Təşkilatının “Öz biznesinə başla və təkmilləşdir” Proqramı çərçivəsində keçirilən kurslar dünya təcrübəsində qəbul edilmiş metodologiya və interaktiv metodlar əsasında keçirilir. Təlim kurslarının təşkilində məqsəd gənclərə biznes ideyasının yaradılması və biznesin təşkili istiqamətlərində zəruri nəzəri biliklərin, praktiki bacarıqların və beynəlxalq təcrübənin aşılanmasıdır.
3 gün davam edəcək kurslarda iştirakçılara biznes ideyasının yaradılması, biznes-planların tərtib edilməsi, SWOT-təhlilin aparılması və bu sahələrdə mövcud beynəlxalq təcrübə, istehsal-satış, maliyyə planları və s. barədə ətraflı məlumat veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:55]
® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]