Gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə qrant müsabiqəsi elan ediləcək
Bakı, 9 sentyabr, AZƏRTAC
Dövlət büdcəsindən QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsi barədə müvafiq prosedura uyğun olaraq, yaxın günlərdə Gənclər və İdman Nazirliyi və QHT Agentliyi gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə birlikdə qrant müsabiqəsi elan edəcək. Yuxarı hədlər kiçik qrant müsabiqəsi üzrə 30 min manat, böyük qrant müsabiqəsi üzrə 100 min manat olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə QHT Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Ülviyyə Qarayeva bildirib.
O qeyd edib ki, müsabiqədə yalnız Nizamnamə məqsədlərində gənclərlə bağlı fəaliyyət istiqaməti olan QHT-lər iştirak edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:48]
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
- 09.09.2026 [13:10]
Nyu-York şəhərində azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü olub
- 09.09.2026 [12:55]
“Himayədar ailə” modeli təbliğ olunur
- 09.09.2026 [12:00]