Blinken: Sülh sazişi regiona sabitlik və rifah gətirəcək
Nyu-York, 26 sentyabr, AZƏRTAC
ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Birləşmiş Ştatların Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu-Yorkda keçirilən görüşünə dair bəyanat yayıb.
AZƏRTAC-ın məlumatına görə, bəyanatda deyilir: “Dövlət katibi Blinken Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülh yolunda əldə etdiyi tərəqqiyə görə təqdir etdiyini bildirib. Sülh sazişini mümkün qədər tez yekunlaşdırmaq üçün hər iki ölkənin davamlı tərəqqisini təşviq edib. Dövlət katibi sülh sazişinin regiona sabitlik və rifah gətirəcəyini vurğulayıb”.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]